image-2000x150
image-imagesbackend

Maşınlarının arxasına Qazi yazılması “millətə minnət” anlamı daşıyır – Ədalət Verdiyev

image-728x90

Səliqəsiz saç düzümü, saqqal və mülki geyim ilə qarışıq hərbi forma geyinmək olmaz. Hörmətli döyüşçülər, özünüzü İran ordusunun heyətinə bənzətməyin. Hədsiz xoş olmayan və hətta əcayib bir mənzərə yaranır. Şəhidlərimizin qanında əli olan İran ordusunu niyə təqlid etməliyik?

Əgər tüklü üz və ya uzun saqqal sizin üçün vacibdirsə, o zaman hərbi formanı geyinməyin. Onsuz da səfərbərlik heyətinin və müddətli hərbi xidmətdə olanların əksəriyyətinin hərbi formanı daşımaq hüququ da yoxdur. Bu isə inzibati məsuliyyət yaradır. Hərbi polis hara baxır, bunu da anlaya bilmirəm. 5-10 nəfər döyüşlərdə iştirak edib və yaralanan zabitləri hərbi polisə rəhbər vəzifələrə təyin edin, onlar bu işin öhdəsindən qısa müddətdə gələcək.

Tv-lər və saytlar da bu məsələdə diqqətli olmalıdırlar. Çağrılan döyüşçü qonaqların xarici görünüşü və forma daşımağa icazəsi öyrənilməlidir.

Maşınlarının arxasına Qazi yazılması da yol hərəkəti qaydalarını pozmağa və ya avtoxuliqanlığa əsas vermir. Bu yazı “millətə minnət” anlamı daşıyır.

Veteran həm də nümənəvi vətəndaş deməkdir. Nümunə olmağı hamımız bacarmalıyıq.

P.S. Cənablar, səhra geyiminə akselbant, medal və orden taxılmaz.

30 manatlıq medalları və akselbantı baş zabit səhra geyiminə taxırsa, mən əsgərə nə deyim axı?

Ədalət Verdiyev

Hərbi ekspert

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90