image-rt-reklam
image-1backend

Maşınların utilizasiyası bu cür aparılır – Laçınov

image-728x90

Qüvvədə olan qanuna əsasən, təsdiqedici sənəd yalnız operator tərəfindən reyestrdə qeydə alınmış utilizatorlar tərəfindən verilə bilər.

Ulusal.az xəbər verir ki, bunu Təmiz Şəhər ASC-nin Nəqliyyat vasitələrinin utilizasiya şöbəsinin müdiri Mirzə Laçınov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, 10-dan çox ərizəçiyə təsdiqedici sənədlər üzrə birdəfəlik ödənişlər həyata keçirilib.

Şöbə müditinin sözlərinə görə, hazırda bir utilizator – “Fors” MMC reyestrdə qeydiyyata alınmış 40-a yaxın yararsız nəqliyyat vasitəsini utilizasiyaya qəbul edib:

“Həmin nəqliyyat vasitələrinin 2/3-nin yaşı 31 ildən yuxarıdır. Qəbul edilən nəqliyyat vasitələri texniki və ekoloji təhlükəsizlik qaydaları çərçivəsində hissələrə ayrılır, çeşidlənir və təkrar emal üçün yararlı hissələr müxtəlif müəssisələrə göndərilir. Bu da öz növbəsində ətraf mühitin mühafizəsinə töhfə verir və iqtisadi dəyər yaratmağa xidmət edir”.

Mirzə Laçınov qeyd edib ki, hər il ölkəmizdə istismar olunan çox sayda nəqliyyat vasitəsi köhnəlmə və yol-nəqliyyat hadisələri nəticəsində yararsız hala düşür. O bildirib ki, statistikaya əsasən, hazırda ölkəmizdə hər beş avtomobildən biri ekoloji-normativ tələblərə, o cümlədən təhlükəsizlik normalarına cavab vermir və istismara yararsız vəziyyətdədir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90