Ötən ilin avqustunda Bakıda 2 nəfərin ölümü ilə nəticələnən ağır qəza törədən sürücüyə hökm oxunub.
Ulusal.az qafqazinfo-ya istinadən xəbər verir ki, idarə etdiyi “Hyundai” markalı avtomobilin aşması və sərnişini olan ər-arvadın ölümünə səbəb olmaqda təqsirləndirilən Xalid Quliyevin işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə X.Quliyevə 4 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 5 il 8 ay həbs cəzası verilib.
Qeyd edək ki, hadisə Beton yol adı ilə tanınan Zığ şosesində baş vermişdi. Xalid Quliyevin idarə etdiyi “Hyundai” markalı avtomobilin maneəyə çırpılaraq aşması nəticəsində avtomobildə olan Müşfiq Mustafayev və onun həyat yoldaşı Anargül Mustafayeva vəfat edib.
M.Mustafayev Bakı Metropoliteninin maşinisti, həyat yoldaşı isə 267 saylı orta məktəbdə müəllim işləyirmiş.