Bakıda avtomobil piyadanı vuraraq öldürüb.
Ulusal.az xəbər verir ki, hadisə Yasamal rayonu, Şərifzadə küçəsində qeydə alınıb.
Belə ki, Ehtiram Paşayev idarə etdiyi “Chevrolet Cobalt” markalı avtomobili arxa-arxaya sürərkən yol kənarında dayanmış piyada Nurəddin Ağacan oğlu Fərəcovu vurub. Piyada aldığı xəsarətdən ölüb.
Faktla bağlı Yasamal RPİ-də cinayət işi başlanılıb.