image-rt-reklam
image-11backend

Marko Polonun “kəşf edilməmiş cənnət” adlandırdığı Türkiyə -FOTOLAR

image-728x90

Türkiyə bir cənnətdir. Hər daşı, hər qayası, hər ağacı belə bir tarix olan Türkiyədə yüzlərlə qədim yaşayış məskəni mövcuddur. Bu gün dünya turizminin mərkəzinə çevrilən qardaş Türkiyədə də məhz turistlər qədim yaşayış məskənlərini ziyarət edir. Bunun müxtəlif səbəbləri var. Türkliyəyə səfər edən turistlərin ölkənin dörd bir yanında olan bu qədim yaşayış məskənləri haqqında öz təssüratlarını paylaşırlar. Hər il Türkiyəyə axın edən turistlərin sayı durmadan artır. Maraqlıdır ki, Türkiyənin kəşf edilməmiş ərazilərəinə belə turistlər axın edir. Qədim yaşayış məntəqələri, antik kəndlərə səfər edən turistlər maraqlı auraya düşdüklərini etiraf edirlər. Hələ qədim dövrdə də məşhur səyyahlar öz qeydlərində Türkiyənin gözəlliyini vəsf edirdilər. Məşhur  səyyah və yazıçı Marko Polo yazılarında “Türkiyəni kəşf edilməmiş cənnət” adlandırırdı. Başqa bir məşhur   səyyah Frederik Parat isə Türkiyəni gəzdikdən sonra burana axirətdəki cənnət olaraq qeyd edib. “Bu torpaqlarda  olmazmısınızsa, deməli bu dünyada yaşamamısınız”-deyə səyyah qeyd edir.

Bu günkü yazımızda məhz dünyanın cənnəti adlandırılan Türkiyənin ən qədim və gözəl insan yaşayış məskənləri ilə sizi tanış edəcəyik.

Olympos Antik Şəhəri, Antalya

image-1

Nə zaman inşa edildiyi bilinməsə də,  eramızdan əvvəl 167-168-ci illərdə zərb edilən Likya İttifaqı sikkələrində adı keçən Olympos, Likya Birliyində üç səs hüququ olan altı şəhərdən biri idi. Şəhərin sağ qalmış xarabalıqlarının çoxu meşədə ağac və kollarla örtülmüşdür.  Bu tikililər Ellin, Roma və Bizans dövrlərinə aiddir. Qədim dövrlərdə şəhəri iki yerə bölən çay yatağı kanalla bağlanmış, onun hər iki tərəfi dayaq kimi istifadə edilmiş və körpü ilə bir-birinə bağlanmışdır. Bu gün də körpünün bir sütunu qalmaqdadır. Çayın mənsəbinə yaxın kiçik və sıldırım akropolda son dövrlərə aid tikili xarabalıqları vardır. Çayın cənub sahilində Ellinistik təməlli və Roma təmirli kiçik teatr çox bərbad vəziyyətdə olsa da, girişin bir tərəfi yaxşı qorunub saxlanılmışdır.

Patara Antik Şəhər, Antalya.

image-2

Patara Antik yaşayış məskəni indiki Ovagelamış kəndində, Fethiye ilə Kalkan arasında Xanthos vadisinin cənub-qərb ucunda yerləşir. Likiyanın ən əhəmiyyətli və ən qədim şəhərlərindən biridir. Şəhərin indiki xarabalıqlarına inşası eramızın 100-cü illərinə aid olan möhtəşəm və yaxşı qorunmuş Roma zəfər tağıdır. Tağın qərbindəki təpənin yamaclarında Likiya tipli sarkofaqların olduğu qəbiristanlıq sahəsi yerləşir. Yazılardan aydın olur ki, şəhərin ən cənub ucunda yerləşən teatr eramızın 147-ci ildə zəlzələdən sonra yenidən tikilib. Şəhərin digər xarabalıqlarına Vespasian hamamları, Korinf məbədi, əsas küçə, liman və taxıl anbarı daxildir.

Pergamon Antik Şəhər, İzmir.

image-3

Dünyanın ən qədim yaşayış məskənlərindən biri hesab edilən Pergamon Antik yaşayış məskəni Qala dağının zirvəsində yerləşir.  Qədim Perqamon şəhəri monumental memarlığı ilə Ellinistik dövr şəhər planlamasının ən yaxşı nümunələrindən birini təmsil edir. Afina məbədi, Trayan məbədi, Ellinistik dövrün ən sıldırım teatr quruluşu, kitabxana, Heron, Zevs qurbangahı, Dionis məbədi, agora və gimnaziya quruluşları bu planlamanın ən görkəmli nümunələrindəndir.Ellinistik Perqam Krallığının paytaxtı olan şəhər eyni zamanda əhəmiyyətli bir təhsil mərkəzi olması haqqında tarixi məlumatlar var.

Perge antik şəhəri, Antalya

image-4

Perge antik şəhəri tarixdə “Parha” adı ilə tanınıb. Tarixi bilgilərə görə   Xetlər dövründə mövcud olduğu güman edilən şəhər, Roma Dövründə Anadolunun ən nizamlı şəhərlərindən biri olub. Memarlığı və mərmər heykəltəraşlığı ilə məşhur olan qədim şəhərdə aparılan qazıntılar zamanı ortaya çıxan heykəllər Antalya Muzeyini ən əhəmiyyətli heykəltəraşlıq muzeylərindən birinə çevirib. Pergenin şəhər planının əsasını biri şərq-qərb, digəri isə şimal-cənub istiqamətində uzanan iki əsas küçə təşkil edir. 15 min tamaşaçı tutumuna malik olan teatr çox yaxşı qorunub saxlanılıb. Oturma yerləri ilə üzbəüz, nəfis şəkildə bəzədilmiş iki mərtəbəli səhnə binası eramızın II əsrində tikilmişdir. Şəhərin qədim dövrlərdəki əzəmətini əks etdirən digər tikililər arasında düzbucaqlı planlı agora, hündür qüllələr, monumental fəvvarələr, hamamlar və sütunlu küçələr var.

Phaselis Antik Şəhəri, Antalya.

image-5

Eramızdan əvvəl 7-ci əsrdə Rodoslu kolonistlər tərəfindən inşa edildiyi qeyd edilən  Phaselis Antik Şəhəri bu gün Antalya Kemer yaxınlığında yerləşir. Bəzən Likya, bəzən də Pamfiliya bölgəsinin şəhəri kimi göstərilən və üç limanı olan şəhər əslində hər iki bölgənin sərhədləri arasında yerləşirdi. Bu günə qədər gəlib çatan xarabalıqlar daha çox Roma və Bizans dövrlərinə aiddir. Bunlar şəhərin əsas oxunu təşkil edən və Şimal-Cənub limanlarını birləşdirən əsas küçənin hər iki tərəfində düzülüb. Küçə aqora ilə teatr arasında genişlənir və kiçik bir meydan əmələ gətirir. Meydanın cənub-şərq küncündəki pilləkənlər teatra və Akropola çıxışı təmin edir. Şəhər teatrı tipik kiçik ölçülü Helenistik dövr teatrıdır. Şimal limanının arxasındakı yamac şəhərin qəbiristanlıq ərazisidir. Bu günə qədər gəlib çatmış ən monumental tikili su kəmərləridir. Şəhərin digər iki mühüm xarabalığı şəhər meydanındakı biri kiçik, digəri böyük iki hamamın xarabalıqlarıdır.

 Priene Antik Şəhəri, Aydın.

image-6

Dünyanın ən qədim yaşayış məskənlərindən biri olan Priene, Söke mahalından 15 km cənub-qərbdə, Samsun dağının cənub yamaclarında qurulmuş əhəmiyyətli qədim şəhərlərdən biridir. 370 metr hündürlükdə sıldırım qaya üzərində tikilməsi şəhərə hücumlara qarşı müdafiədə üstünlük verirdi. Priene haqqında ilk məlumata qədim mənbələrdə eramızdan əvvəl VII əsrin ortalarında rast gəlinir. Afina məbədi şəhərin ən qədim və ən möhtəşəm məbədidir. Bu məbəd eramızdan əvvəl IV-II əsrlər arasında dünyanın yeddi möcüzəsindən biri olan Bodrumdakı Halikarnas məqbərəsinin memarı olan dünyaca məşhur Pifiy tərəfindən tikilmişdir.

Gələn yazımızda Türkiyənin digər qədim yaşayış məskənləri ilə sizi tanış edəcəyik.  Belə bir atalar məsəli var:”Yüz eşitməkdənsə, bir görmək yaxşıdır” Siz də yolunuzu Türkiyəyə salsanız bu qədim yaşayış məskənlərini ziyarət etməklə özünüzü tarixin ağuşunda hiss edəcəksiziniz.

Qoşqar Salmanlı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90