Ankara Baş Prokurorluğu Ankara Böyükşəhər Bələdiyyəsinin (ABB) yüksək qiymətli konsert xərcləri ilə bağlı araşdırmaya başlayıb.
Hhəmçinin İstanbul Baş Prokurorluğu İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) keçirdiyi bəzi tədbirlərdə qeyri-qanuni xərclər və dövlətə ziyan vurduğuna dair iddialarla bağlı istintaqa başlayıb.
Ankara Baş Prokurorluğunun araşdırmaya başlamasından sonra Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş sosial media hesabından açıqlama verib.
“Noyabrın 11-də məsələ ilə bağlı mətbuata açıqlama verdiyim gün Daxili İşlər Nazirliyi tərəfindən məsələnin araşdırılması üçün iki mülki müfəttiş göndərildi. Bu araşdırma hələ də davam edir. Hələlik yeni bir şey yoxdur”, – deyə bələdiyyə sədri qeyd edib.