image-rt-reklam
image-1backend

Malik Həsənovun yazıları plagiatdır: Millət vəkili kimi aldadır?

image-728x90

VII çağırış Milli Məclisə seçkilər parlamentarizm və dövlətçilik tariximizə əbədi yazılacaq. Çünki qalib, Azərbaycanın bütün azad edilmiş ərazilərində bu ilk parlament seçkisi olacaq. Keçən VI cağırışda parlament kürsüsündə əyləşən deputatlardan çoxu öz kreslosunu itirəcəyi bəllidir. Çünki parlamentdə adi bir çıxışı ilə xatırlanmayan millət vəkilinin o kresloda oturmaq haqqı yoxdur. Xatırlanmayan millət vəkillərindən biri də sözsüz Cəlilabadlıların axtardığı deputatları Malik Həsənovdur. Bu yaxınlarda Cəlilabadda səfərdə olarkən insanlardan millət vəkillərinin kim olduğunu soruşduq. Kiçik bir sorğuda gülməli, bəlkədə də ağlamalı olacağımız vəziyyətə düşdük. Çünki Malik Həsənovun seciciləri elə bilir ki, onların deputatı indi haqqın dərgahında olan, parlamentdə hər kəsin ümid yeri olmuş rəhmətlik Qənirə xanım Paşayevadır.

Görünən dağa bələdçi olmaz deyirlər. 3 dönəm parlamentdə oturan Malik Həsənovu öz seçicisi tanımırsa, yəqin ki, Malik Həsənov bundan nəticə çıxaracaq.

15 ildir, secicilərinin axtardığı Malik Həsənov yəqin ki, yaxın günlərdə seçicilərinin qapısını döyməli olacaq.

Lakin görünən odur ki, yenidən deputat seçilmək istəyən Malik Həsənovun bu dəfə şansı olmayacaq. Çünki saytımıza özəl mənbədən daxil olan məlumata görə Malik Həsənov bu dəfə hakim Yeni Azərbaycan Partiyasının siyahısında olmayacaq. Mənbəmiz iddia edir ki, YAP İdarə Heyətinin 20 iyun 2024-cü il tarixində keçirilən iclasında bu məsələlər üstüörtülü də olsa müzakirə edilib və bu dəfə bir çox adamların o cümlədən Malik Həsənovun adı bu siyahıda olmayacaq.

Mənbəmiz iddia edir ki, bu dəfə Malik Həsənovun özəlləşdirdiyi seçki dairəsindən tanınmış iş adamı namizədi  kimi göstəriləcək.

Malik Həsənovun parlamentdə “yatan deputatlar” siyahısında olması hakim partiyanın nəzərindən qaçmayıb. Belə ki,  2020-2024-cü illərdə yaz, payız və növbədənkar sessiyalar üzrə ümumlikdə 150-dən çox plenar iclas keçirilib. Bu periodda Malik Həsənov cəmi 5 dəfə çıxış edib. Çıxışlar əsasən mədhiyyə olub, heç bir ictimai əhəmiyyətli məsələnin müzakirəsini, yaxud hansısa qanunun qəbulunda təklifi özündə ehtiva etmir. Lakin son aylarda Malik Həsənovun artıq bir neçə “təhlil yazısı” mediada dərc edilib. Təkcə bu ilin əvvəlindən bəri M.Həsənovun mediada 16 məqaləsi dərc edilib. Lakin bu məqalələrin heç birində seçicilərlə görüş, onların problemlərinin həlli, seçici baxışının qanunverici orqana daşınması, bu və digər qanunların qəbulu ilə bağlı deputat mövqeyi əks olunmur.

Maraqlıdır, Malik Həsənov deputatdırmı, anlitikdirmi? Söz yox, hər bir deputatın məqalə yazmaq, proseslərə baxışını ortaya qoymaq ixtiyarı var. Lakin təmsil olunduğu Milli Məclisdə ağzını açıb danışmağa “ərinən” bir deputat niyə ayda bir neçə “analitik” təhlillə mediada çıxış etsin?

Bu yazıları dünyanın ən yaxşı plagiat yazıları araşdıran contentuniq.com   saytında araşdırdıq. Malik Həsənovun Azərtac İnformasiya Agentliyində gedən   “Azərbaycan möhkəm təməl üzərində ən yüksək zirvələri fəth edəcək” yazısı 62 faiz plagiatdır. Bir sözlə aşağıda linkdə göstərilən yazı bütünlüklə sosial şəbəkədən götürülmüş bir yazıdır.
https://azertag.az/xeber/malik_hesenov_azerbaycan_mohkem_temel_uzerinde_en_yuksek_zirveleri_feth_edecek-1947348

Malik Həsənovun adından saytlara ötürülən digər yazıları da yoxlayaraq bu qənaətə gəlmək olar ki, bütün yazılar plagiatdır və internet resursundan götürülüb.

https://azertag.az/xeber/malik_hesenov_azerbaycan_oz_erazilerinin_tehlukesizliyini_ve_butovluyunu_qanuni_esaslarla_temin_edir-2241965

https://www.yeniazerbaycan.com/SonXeber_e89698_az.html

https://ikisahil.az/post/329017-malik-hesenov-53-il-bundan-evvel-azerbaycanda-bash-veren-mohteshem-siyasi-hadise-bugunku-ugurlarimizin-esasidir

Dövləti və yaxud seçiciləri bu plagiat yazılarla aldadan şəxsi isə yəqin ki, ölkənin hakim partiyası olan, yüzminlərlə ziyalının ümid yeri olan Yeni Azərbaycan Partiyası yəqin ki, yekun siyahıya salmayacaq. Yəqin ki, cəlilabadlıları yeni parlamentdə  axtarıb tapa bilmədikləri deputatlarını yox, onların seçdiyi və hər zaman yanlarında olacaq namizədə səs verəcəklər.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90