image-rt-reklam
image-img-20240719-wa0006backend

“Makronun təkidi ilə Paşinyan Fransadan başqa istənilən Avropa ölkəsinin sülh təşəbbüsünü pozmağa çalışır”

image-728x90

Ermənistan rəhbərliyi bütün platformalarda sülh gündəliyindən danışır, amma real görüş imkanı yarananda prosesi pozur. Böyük Britaniyanın təşəbbüsü ilə hazırlanan Azərbaycan-Ermənistan liderlərinin görüşünün baş tutmaması da bir daha Ermənistanın danışıqlar prosesindən qaçmasının və riyakarlığının göstəricisidir. Ermənistanın bu addımı həm də Böyük Britaniyaya qarşı hörmətsizlikdir. Təsadüfi deyil ki, bu ilin fevralında Almaniyanın təşəbbüsü ilə keçirilmiş görüşdən sonra da Ermənistan Azərbaycana qarşı əsassız ittihamlar irəli sürərək prosesi pozmağa çalışdı və Berlinin səylərinə hörmətsiz yanaşdığını göstərdi. Böyük ehtimal, Makronun təkidi ilə Paşinyan Fransadan başqa istənilən Avropa ölkəsinin sülh təşəbbüsünü pozmağa çalışır. Yəni, Makronun Londonda görüş üçün Paşinyana icazə vermədiyini əminliklə söyləmək olar. Zirvə toplantısında Fransa Prezidentinin mətbuat konfransı zamanı Azərbaycanla bağlı söylədiyi fikirlər bunu bird aha təsdiqləyir.

Belə ki, Makronun Ermənistanın hərbiləşdirmə siyasətinə haqq qazandırması, Azərbaycana qarşı açıq qərəzli mövqe nümayiş etdirməsi bird aha göstərir ki, rəsmi Paris regionda gərginlik yaratmaq və sülh prosesinə mane olmaq siyasətini davam etdirir.
Rəsmi Bakının da bəyan etdiyi kimi, Fransanın sülhə xidmət etməyən və regionda sabitliyi pozan səyləri heç bir nəticə verməyəcək”.

Sülh prosesinə gəlincə, Prezident İlham Əliyevin Zirvə toplantısı çərçivəsində keçirdiyi ikitərəfli görüşlərdə də bəyan etdiyi kimi, Azərbaycan sülh gündəliyini, sülh müqaviləsinin tezliklə imzalanmasını və sülh prosesini dəstəkləyir. Amma bunun üçün, ilk növbədə, Ermənistanın konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar və Azərbaycanın Qarabağ regionunun Ermənistanla birləşməsini nəzərdə tutan müddəalar dəyişdirilməli, konstitusional əsasda Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır.

Könül Nurullayeva

Milli Məclisin deputatı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90