Qazaxıstan millisinin heyətində yarışan triatlonçu Yekaterina Şabalina Sena çayında üzdükdən sonra qusub.
Ulusal.az xəbər verir ki, idmançı baş verənləri “Sport24″ə danışıb.
Məlumata görə, kanadalı idmançı Tayler Mislavçuk da özünü pis hiss edib. Belə ki, o, canlı efir zamanı qusub.
Hadisədən sonra “Daily Mail” qəzetinə müsahibəsində triatlonçu on dəfə qusduğunu bildirib.
Məlumata görə, Parisdə yolun sürüşkən olması səbəbindən daha bir neçə triatlonçu velosiped yolunda xəsarət alıb. Turnirdən sonra olimpiya iştirakçılarından biri etirazını bildirib.
Qeyd edək ki, Olimpiadanın Təşkilat Komitəsi, Beynəlxalq Triatlon Federasiyası və yerli hakimiyyət orqanları Sena çayında suyun keyfiyyətinə kifayət qədər zəmanət vermədiyi üçün triatlon yarışının üzgüçülük hissəsinin ləğv edilməsi barədə qərar qəbul etmişdi.
Parisin meri Ann İdalqo etiraf edib ki, Olimpiya təşkilatçılarının Sena çayında suyun çirkli olması ilə bağlı ehtiyat planı olmayıb.
Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron çayın təmizlənməsi üzrə uğurlu işlərin aparıldığını bəyan edib. O qeyd edib ki, Olimpiadadan sonra Paris sakinləri Senada çimə biləcəklər.