ABŞ-da tanınmış siyasi fəal Kendeys Ouens Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makronla bağlı yenidən qalmaqallı iddia ilə çıxış edib.
Ulusal.az xəbər verir ki, Bricitin kişi olaraq dünyaya gəldiyini iddia edən Ouens onun həkim tərəfindən tibbi müayinədən keçməsini tələb edəcəyini bildirib.
“Müstəqil həkim həqiqəti üzə çıxaracaq. Bura Fransa deyil, ABŞ-dır və burada məhkəmə sistemi manipulyasiya edilə bilməz”, – deyə fəal vurğulayıb.
Xatırladaq ki, Kendeys Ouens 2024-cü ildən etibarən “YouTube” videolarında və podkastlarında Bricit Makronun cinsi kimliyi ilə bağlı məlumatlar yaymağa başlayıb. Makron cütlüyü isə Ouensə qarşı məhkəmə iddiası qaldırıb. Hətta Bricit Makron böhtan adlandırdığı iddiaya görə, elmi və foto sübutlar təqdim edəcəyini bəyan edib.