image-rt-reklam
image-1backend

Mahmud Abbas HƏMAS-ı təhqir etdi: İt oğulları

image-728x90

Fələstin prezidenti Mahmud Abbas çıxışında HƏMAS-ı “it oğulları” adlandırıb.

Ulusal.az xəbər verir ki, Abbas işğal altındakı İordan çayının qərb sahilində iclas keçirib.

O, HƏMAS-ı bütün girovları azad etməyə, tərksilaha və İsraillə müharibəyə son qoymaq üçün Qəzzaya nəzarəti təhvil verməyə çağırıb. İddia edib ki, HƏMAS İsrailə Qəzzaya hücum etmək üçün bəhanə verir.

“İt oğulları. Girovları azad edin və bu iş bitsin. İsrailin bəhanələrini ortadan qaldırın”,- deyə o söyləyib.

HƏMAS Siyasi Bürosunun üzvü Basim Naim Abbasın öz xalqının əhəmiyyətli bir hissəsinə qarşı təhqiramiz ifadələr işlətməsini pisləyib. “Abbas davamlı olaraq xalqımızı işğalçıların cinayətlərinə və davam edən zülmə görə günahlandırır”, – deyə Naim qeyd edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90