image-rt-reklam
image-img-20240814-wa0057backend

Mahir Süleymanlı seçicilərlə növbəti görüşünü keçirib – FOTOLAR

image-728x90

Sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat mərhələsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 56 saylı Şabran-Xaçmaz seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Mahir Süleymanlının Şabran rayonunun Taxtalar və Pirəbədil kəndlərində seçicilərlə görüşü keçirilib.
Görüşdə YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov çıxış edərək Yeni Azərbaycan Partiyasının bu seçkilərə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz möhtəşəm ümumxalq Zəfərindən sonra yaranmış reallıqlardan irəli gələn hədəflərlə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb. Mehdi Balabəyov qeyd edib ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan müasir müstəqil Azərbaycan inkişaf yolunda əmin addımlarla irəliləyir. O, 56 saylı Şabran-Xaçmaz seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Mahir Süleymanlı haqqında seçicilərə məlumat verib.
Çıxış edən deputatlığa namizəd Mahir Süleymanlı əvvəlcə YAP-ın seçki platforması haqqında geniş məlumat verib. O, seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağıraraq qeyd edib ki, deputat seçiləcəyi təqdirdə ona göstərilən inamı doğrultmağa çalışacaq.
Tədbir həmçinin təşviqat qrupunun üzvləri Şəfiqə Məmmədova, Pərvanə Mirzəyeva və başqaları çıxış ediblər. Çıxış edənlər seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.
Görüşdə çıxış edən seçicilər də 1 sentyabr seçkilərində YAP-ın namizədinə səs verəcəklərini vurğulayıblar.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90