image-rt-reklam
image-img-20240820-wa0053backend

Mahir Süleymanlı seçicilərlə görüşdü – FOTOLAR

image-728x90

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 56 saylı Şabran-Xaçmaz seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Mahir Süleymanlının Şabran rayonunun Çölquşçu kəndində seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə öz aparıcı rolunu gündən-günə daha da möhkəmləndirmiş Yeni Azərbaycan Partiyası siyasi sistemin monolit gücü və avanqard qüvvəsidir. Onun sözlərinə görə, Prezident İlham Əliyev bütün fəaliyyətini Azərbaycan xalqının istəklərinə, arzularına və onun reallaşmasına yönəldib.
Mehdi Balabəyov 56 saylı Şabran-Xaçmaz seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş Mahir Süleymanlı haqqında seçicilərə məlumat verib.
Çıxış edən deputatlığa namizəd Mahir Süleymanlı əvvəlcə YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib. O qeyd edib ki, Yeni Azərbaycan Partiyası ölkənin siyasi həyatının ən fəal və təşəbbüskar qüvvəsidir: “Yeni Azərbaycan Partiyası Azərbaycanın ictimai-siyasi həyatında əhəmiyyətli yer tutan partiyadır. Faktiki olaraq Yeni Azərbaycan Partiyası ümumxalq partiyasıdır. Cəmiyyətimizin avanqard hissəsi Yeni Azərbaycan Partiyasında birləşib. Yeni Azərbaycan Partiyasının əldə etdiyi nailiyyətlər silsilə xarakter daşıyır və bu günkü uğurların ciddi tarixi və siyasi əsasları mövcuddur”.
Namizəd Mahir Süleymanlı bildirib ki, cəmiyyətin avanqard siyasi qüvvəsi kimi Yeni Azərbaycan Partiyası xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verib və bu siyasət bu gün də uğurla davam etdirilir. O, seçiciləri parlament seçkilərində fəal iştirak etməyə çağıraraq qeyd edib ki, bu seçkilər xalqın Yeni Azərbaycan Partiyasına inamının növbəti ifadəsi, Heydər Əliyev yoluna sədaqətinin və Azərbaycan Prezidenti İlham Əliyevin Zəfər yürüşünün davamına birmənalı dəstəyinin təsdiqi olacaq.
Sonra Tədbirdə təşviqat qrupunun üzvləri Akif Mütəllimov, Təvəkgül Əliyev və digərləri çıxış ediblər. Çıxış edənlər uğurlarımızın və ölkəmizin inkişafının davamı naminə seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.

Qeyd edək ki, deputatlığa namizəd Mahir Süleymanlı rayonun Çölquşçu kəndində Vətən müharibəsi şəhidləri Ağabala İlqar oğlu Ağayevin və Hikmət Vidadi oğlu Qasımovun ailələrini ziyarət edib.
Mahir Süleymanlının həmçinin, Xaçmaz rayonunun Çarxı kəndində də seçicilərlə görüşüb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90