image-rt-reklam
image-indirbackend

“Macarıstanla Azərbaycanı tarixi köklər bağlayır” -VİDEO

image-728x90

Bakı Budapeştlə əlaqələrini gücləndirir. Ötən gün ölkə başçısı İlham Əliyevin Macarıstana səfəri  bu əlaqələrin daha da genişlənəcəyini bir daha sübut etdi.
“Macarıstan Azərbaycanı tanıyan ilk dövlətlərdən biridir. 1991-ci ildə Macarıstan Azərbaycanı tanıdı. Macarıstanla Azərbaycan tarixi əlaqələrə malikdirlər. Eyni kökdən qaynaqlanan millətlərin yarandığı dövlətlərdir.  Bizim iqtisadi və siyasi əlaqələrimizin kökü dərindir.” -Bu fikirləri  Azərbaycan Televiziyasının efirində millət vəkili Cavanşir Feyziyev bildirib.

Millət vəkili qeyd edib ki, Macarıstanla Azərbaycan arasında 50-dən çox dövlətlərarası sənəd imzalanıb.

“Macarısatn həmdə Türk Dövlətləri Təşkilatının üzvüdür. Həmdə bu təşkilatın Avropadakı ofisi Macarıstanda yerləşir. Bizim əlaqələrimizin daha da güclənməsi üçün işlər görülür. “-deyə Cavanşir Feyziyev bildirib.

Daha ətraflı videomatrealda:

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90