Dövlət tərəfindən tənzimlənən qiymətlərin tez-tez dəyişməsi nadir hallarda olur.
Bu fikirləri Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
Ekspertin sözlərinə görə, son günlərdə yanacaqda və ictimai nəqliyyatda qiymət artımı oldu, ancaq bir müddət pauza olacaq: “Düşünürəm ki, bu ilin sonu, gələn ilin əvvələrində kommunal xidmətlərlə bağlı qiymət artımına gedə bilərlər”.
Ekspert maaş artımı ilə bağlı fikirlərini də bildirdi: “Maaş artımı da hökumətdən aslıdır. Maaş artımı qanunvericiliyə bağlı deyil. Ona görə də ola bilsin ki, seçkilərdən öncə maaş artımı olsun. Ancaq yanvar ayının 1-dən maaş artımının olma ehtimalı daha yüksəkdir”.