image-rt-reklam
image-1backend

Lukaşenko Paşinyanı ağıllı olmağa cağırdı: Kreml Ermənistana vaxt verdi

image-728x90

Belarus tərəfinin təşəbbüsü ilə Ermənistanın baş naziri Nikol Paşinyan Belarus prezidenti Aleksandr Lukaşenko ilə iki gün öncə telefon danışığı aparıb.

KTMT Kollektiv Təhlükəsizlik Şurasının noyabrın 23-də Belarusun paytaxtı Minskdə keçiriləcək sessiyasının təşkili ilə bağlı məsələlər müzakirə olunub.

Paşinyan Belarus prezidentinə sessiyada iştirak edə bilməyəcəyi barədə məlumat verib və KTMT tərəfdaşlarının qərarı anlayacağına ümid etdiyini bildirib. Bunun ardınca bu gün Belarus prezidenti rəsmi İrəvanı təhdid edəcək açıqlama verib. Belarus prezidenti Ermənistanı ehtiyyatlı olmağa cağırıb. “Rəsmi İrəvan nə etdiyini fərqini anlamalıdır. Ermənistan KTMT-də çıxa bilməz.” Belarus prezidentinin bu açıqlaması birmənalı qarşılanmayıb. İrəvanda hesab edirlər ki, bu açıq təhdiddir.

Kremlin və Lukaşenkonun bu açıqlamasının səbəbi var. Son aylar rəsmi İrəvan KTMT-dən uzaqlaşır və Qərbə yönəlir. Hər kəsə bəllidir ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etməyə hazırlaşır. Baş nazir Nikol Paşinyanın təşkilatın növbəti zirvə toplantısına qatılmamasının başqa adı yoxdur. Ermənistan Rusiyanı Qərbə dəyişmək üçün əlindən gələn edir.

Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı rəsmiləri Rusiya əleyhinə birgə oyun qurublar. Avropa İttifaqı Ermənistanda müşahidəçi missiyasının sayını guya ona görə artırır ki, Azərbaycanın Ermənistan ərazisinə müdaxilə etmək təhlükəsi var. Azərbaycan Ermənistana müdaxiləyə başlayarsa bölgəni birinci tərk edən elə həmin avropalı müşahidəçilər olacaq. Onların Azərbaycan hərbçilərini dayandıracaq imkanları yoxdur. Görünən odur ki, Nikol Paşinyan Qərblə əməkdaşlığı gücləndirməyi üçün siyasi şantajdan istifadə edir. Bir neçə gün öncə isə Nikol Paşinyan təhlükəsizliklərinə əmin olmaq üçün Qərblə yaxınlaşdıqlarını açıqladı. Sözsüz ki, bu Rusiyanın qəzəbinə səbəb oldu. Ardınca İrəvan dövlət çevrilişinə cəhddə şübhəli bilinən 6 nəfəri həbs etdiyini açıqladı. Nə qədər gülməli də olsa həbs olunanların 3-nün Rusiya vətəndaşı olduğunu güc strukturları açıqlamaqdan çəkinmədilər. Bir sözlə Ermənistan sürətə Rusiyadan uzaqlaşmaq üçün bütün vasitələrdən istifadə edir. Ancaq Rusiya hələ də bu məsələdə təmkin nümayiş etdirir.

Təbii ki, Kreml baş verən prosesləri izləyir və bunlar barədə kifayət qədər xəbərdardır. Təsadüfi deyil ki, bu yaxınlarda Rusiyanın XİN başçısı Sergey Lavrovun açıqlaması da vəziyyətin onların nəzarətində olması anlamına gəlir.  Lavrov açıq şəkildə bildirdi ki, İrəvanda baş verənlər onların tam nəzarətindədir. Lavrovdan sonra  Kremlin mətbuat katibi Dmitri Peskov da oxşar bəyanat səsləndirdi. Onun sözlərinə görə, Qərb bəzi ölkələrlə öz maraqları üçün dostluq edir və onlardan istifadə edərək Rusiyanı müəyyən regionlardan sıxışdırmağa çalışırlar. Rusiyalı diplomatın da bəyanatının əsas hədəfi Ermənistana mesaj ötürərək, istifadə olunan alət olduğunu xatırlatmaqdır. Diplomatik dillə bu oyuna alət olmamağa çağırışla yanaşı, Peskov bu siyasətin perspektivli olmadığını da qeyd etməyi unutmayıb. Paşinyanın  KTMT Kollektiv Təhlükəsizlik Şurasının noyabrın 23-də Belarusun paytaxtı Minskdə keçiriləcək sessiyasına getməməsini Rusiya mətbuatı təxribat adlandırıb. Görünən isə odur ki, hələdə Ermənistanın şıltaqlıqlarına göz yuman Rusiyanın cavabı amansız ola bilər. Bunu isə zaman göstərəcək.

Qoşqar Salmanlı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90