Böyük Britaniya Ukraynanın limanlarını və əsas şəhərlərini qorumaq üçün 30 minlik kontingent göndərmək ideyasından imtina edib.
Ulusal.az xəbər verir ki, “The Times”-ın məlumatına görə, London bunun əvəzinə Ukraynanın qərbində hava məkanının təhlükəsizliyinin təmin olunmasını, Ukrayna hərbçilərinə təlim dəstəyi göstərilməsini və Qara dənizin minalardan təmizlənməsini təklif edir.
Məlumata görə, “istəkli ölkələr koalisiyası” Ukrayna Silahlı Qüvvələrinin bərpası üçün mütəxəssislər təqdim edəcək. Bu qüvvələrin müdafiəsi məqsədilə Ukraynanın hava məkanında Typhoon və ya F-35 tipli qırıcılarla patrul uçuşları nəzərdə tutulur.
Planın məqsədi həm Ukrayna əhalisini təhlükəsizlik baxımından sakitləşdirmək, həm də beynəlxalq aviareyslərin bərpasına şərait yaratmaqdır. Analitiklər qeyd edirlər ki, bu yanaşma Böyük Britaniyanın Ukrayna münaqişəsində birbaşa hərbi iştirak riskini minimuma endirməklə yanaşı, Kiyevə də mühüm strateji dəstək verməsini təmin edir.Musavat.com