ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhərində davam edən yanğınlardan birinə səbəb olmaqda şübhəli bilinən şəxs saxlanılıb.
Ulusal.az ABŞ mətbuatına istinadla xəbər verirki, Los-Anceles polisi hələlik şəxsiyyəti açıqlanmayan şəxsi yanğına yaxın West Valley bölgəsində yanğın törətməkdə şübhəli biliərək həbs edib.
Ətrafda od yandırmağa cəhd etdiyi iddia edilən şübhəlinin hadisədə əli olub-olmadığı araşdırılır.
Səlahiyyətlilər bölgədəki digər yanğınlarla mümkün əlaqənidə araşdırır.
Qeyd edəkki, Los-Anceles səlahiyyətliləri şəhərin dəbdəbəli məhəllələrindən birində baş verən meşə yanğınında indiyədək 10 nəfərin öldüyünü açıqlayıb.