Ulusal.az xəbər verir ki, Livan prezidenti Cozef Aun Livanın cənubundakı Hizbullah mövqelərindən İsrail ərazisinə endirilən hava hücumlarına cavab verərək, ölkəni yeni hərbi eskalasiyaya sürükləməyin pisləndiyini bəyan edib. O, həmçinin hücumların araşdırılmasına göstəriş verib. Prezident Aun vurğulayıb ki, baş verənlər Livanın sabitliyini təhdid edir. “Al Arabiya” xəbər verir ki, ordu komandiri Rudolf Heykaliyaya mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün addımlar atmaq tapşırılıb. O da məlum olub ki, Livan ordusu üç əldəqayırma reaktiv yaylım atəşi sistemini sıradan çıxarıb.