image-rt-reklam
image-7777backend

Likiya yolu: Türkiyənin ən məşhur turizm marşurutları

image-728x90

Yaşadığımız dünya, bizi əhatə edən maddi aləm son dərəcə gözəl, zəngin və rəngarəngdir. Özünəməxsus xüsusiyyətləri ilə sanki bir harmoniya yaradan bu aləm təbiət adlanır. Bizi qoynunda böyüdüb, bəsləyən təbiət bizim ikinci anamızdır. Ona məxsus gözəlliklərin qorunması isə insanlardan, yəni bizdən asılıdır. Hər bir şəxs təbiəti qorumalı, ona qayğı və məhəbbətlə yanaşmalıdır. Ana təbiət öz çalarları, təzadları ilə gözəldir: istisi-soyuğu, yaxını-uzağı ilə hər kəsi özünə cəlb edir. Bu gün qardaş Türkiyənin turizmində fantastik yüksəlişin səbəbi məhz təbiətin və tarixin harmoniyasıdır. Məhz bunun nəticəsidir ki, dünyanın müxtəlif ölkələrindən Türkiyəyə turist axını davam edir. Təqribi hesablamalara görə keçən yeddi ay ərzində Türkiyəyə 20 milyon turist gəlib. Turizmin mövsümünün  ən qızğın cağında Türkiyəyə gələn turistlər içərisində Rusiya liderdir. İlkin hesablamalara görə 7 ay ərzində Rusiyadan təqribən 5 milyon rusiyalı turist gəlib. Turistlərin Türkiyəyə axın etməsinin səbəbi nədir?

Yazımızın əvvəlində qeyd etdiyimiz kimi Türkiyədə dəniz, dağ, təbiətlə tarix harmoniya təşkil edir. Minillik tarixi abidələr turistlərin axınına səbəb olan ilk amildir. İlkin hesablamalara görə Türkiyəyə səfər edən turistlər əsrarəngiz çimərlikləri istirahət  etməklə yanaşı tarixi – arxeloji abidələri də ziyarət edirlər. Ümumdünya Turizm Təçkilatı özünün hesabatlarında Türkiyəyə xüsusi yer verir. Türkiyənin cənnəti xatırladan bölgələrini ziyarət etmək hər kəsin arzusudur. Bu dəfəki yazımızda Türkiyənin ən məşhur görməli yerləri ilə sizi tanış edəcəyik.

İlkin olaraq Antalya ilə Fethiye arasındakı yarımadada Likiya Yolu  haqqında məlumat verəcəyik. Turistlər arasında məşhur olan bu yolun adı qədim zamanlarda bu ərazidə yerləşən Qədim Likiyadan gəlir. Bu yol ərazinin ən mənzərəli yerlərinin yanından keçir. Bu sayədə turistlər qayaların, çimərliklərın və qədim xarabalıqlarların olduğu heyranedici mənzərələrin şahidi olurlar. Yol üzərində yerləşən Gelidonya Fənəri 2007-ci ildə Türkiyənin en gözəl mənzərəsi seçilmiştir. Bir çox mənbələrdə dünyanın 10 ən yaxşı uzun məsafə yollarından biri olarak qeyd olunan bu yolun uzunluğu 509 kilometrdir. Bu yoldakı dağ cığırları bəzən torpaq və asfalt yollarla əvəz olunur. Marşrut elə qurulub ki, bir günlük yürüş məsafəsində istənilən iştirakçının gəzintisini sonlandıra bilməsi üçün kurort şəhərlər var.
Topqapı Sarayı
4 əsr boyunca sultanların əsas iqamətgahı olan Topqapı Sarayı Osmanlı İmperiyasının 25 sultanı tərəfindən sığınacaq kimi istifadə olunmuşdur. O, 15-ci əsrdə Sultan II Mehmet üçün tikilmişdir. XVI əsrin ortalarında I Süleyman Xürrəm Sultanın xahişi ilə burada uşaqlı qadınlar üçün hərəm tikdirmişdi.
Xarici saray rəsmi və ictimai binalarla təmsil olunur. İçəridə Sultanın şəxsi otaqları var. Birinci həyətdə Qədim Şərq Muzeyi, Arxeologiya Muzeyi və Çinili Köşk yerləşir. İkinci həyətdən hərəmə və daxili xəzinəyə getmək olar. Üçüncü həyətdə Sultanın şəxsi otaqları, taxt otağı, II Əhmədin Kitabxanası və Müqəddəs Xələt Köşkü yerləşir. Parkların, çardaqların, və hovuzların yerləşdiyi Dördüncü Həyətdən Boğaziçi və Qızıl Buynuzun heyrətamiz mənzərəsi görünür. Muzey olaraq Türkiyənin bu əlamətdar yeri 1923-cü ildə Türk və Osmanlı siyasətçisi və islahatçısı Atatürkün göstərişi ilə fəaliyyətə başlamışdır.
Pamukkale
Pamukkale (“Pambıqqala”) Egey bölgəsində əhalisinin sayına görə Dənizlinin ən böyük ilçəsidir və il boyu çoxlu turist cəlb edir. Tərkibində kalsium-oksid olan şəfalı termal suların əmələ gətirdiyi travertinləri ilə tanınan Pamukkale qədim zamanlardan bəri mühüm mədəniyyətlərin mərkəzi olmuşdur. Egey bölgəsində yerləşdiyinə görə mülayim iqlimə malikdir. Bu səbəbdən yamac paraşütü bütün fəsillərə uyğundur. Yamac paraşütü ilə yanaşı velosiped yolları, trekking yolları, alpinizm və mağaraçılıq fəaliyyətlərinin də olduğu Pamukkale rayonu Türkiyədə “dünyanın səkkizinci möcüzəsi adlandırılan”, ziyarət edilməli və görülməli olan təbiət möcüzələrindən biridir. 


Yeddi Rəngli Eğirdir gölü
Eğirdir Gölü, günün fərqli zamanlarında fərqli rənglərə bürünən, günəşin qürub çağında seyrinə doyum olmayan, ətrafı alma ve şaftalı bağları ilə əhatələnmiş, təmiz çimərlikləri ilə məşhur, Türkiyənin dördüncü böyük təbiət möcüzəsidir. Eğirdir gölü və ətraf əraziləri tarixi və coğrafi zənginliyi ilə turizm üçün hər bir şəraitə malik olan İspartanın Göllər Bölgəsinin mərkəzində yerləşir.
Gəzinti, üzgüçülük, paraplan uçuşlar, alpinizm, iplə enmə, ovçuluq, at çapma, velosiped sürmə, sörfinq, avarçəkmə, foto safari, balıq ovu kimi bir çox fəaliyyət üçün son dərəcə əlverişli məkanlar və mədəni turizm üçün isə tarixi yerlər tapa bilərsiniz.


Nemrud Dağı Milli Parkı
Bura Adıyaman əyalətində yerləşir və Komagene Krallığının qədim bir kəndinin olduğu milli parkdır. Antioxun kurqanı və nəhəng heykəlləri, Arsameia (Eskikale), Yenikale, Karakuş Təpə və Cendere körpüsünün Milli Parkın tərkibindəki mədəni dəyərlərdir. Kurqan 2150 metr yüksəklikdə, Fərhad çayının keçidlərinə və düzənliklərinə hakim təpənin üzərində yerləşir. Kurqanın təxmini hündürlüyünün 50 metr və diametrinin 150 metr olduğu düşünülür və girişi şərqdə, çıxışı isə qərbdədir. Giriş və çıxışdakı terrasların hər birində aslan və qartal heykəllərinin arasında hündürlüyü 7 metrə çatan nəhəng heykəllər var. Cendere Çayının üzərində eyniadlı körpü yerləşir. Körpünün sütunları üzərindəki kitabəyə əsasən Komagene şəhrləri tərəfindən Roma İmperatoru Septimi Severin, həyat yoldaşının və oğlunun şərəfinə tikdirilmişdir.

Qoşqar Salmanlı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90