image-2000x150
image-2fc3e520-ac39-482c-89c4-2e0f2a994e34backend

LENTSOVUN “İLK CƏHDİ” UĞURSUZ ALINIB – Generalın Bakı səfərilə bağlı “gözləntiləri” özünü doğrultmayıb

image-728x90

Məlum olduğu kimi, Ermənistanda və Qarabağdakı separatçı rejimin qalıqları arasında bir çoxlarının Rusiyanın müvəqqəti hərbi kontingentinin yeni başçısı, general-leytenant Aleksandr Lentsovdan müəyyən gözləntiləri vardı.

Onlar “sülhməramlıların” yeni komandirindən Azərbaycanın Ermənistanla sərhəddə, Həkəri çayı üzərində quraşdırdığı sərhəd nəzarət-buraxılış məntəqəsində Azərbaycanın nəzarətinin minimuma endirilməsini, hətta ümumiyyətlə götürülməsini gözləyirdilər.

Qarabağdakı separatçıların “dövlət naziri” Qurqen Nersisyan yeni bəyanatla çıxış edib.

Qarabağdakı ermənilərə ünvanlanan müraciətdə deyilir ki, “sülhməramlıların” yeni başçısı A. Lentsovun Bakı səfəri uğursuzluğa düçar olub: “Rusiya sülhməramlı kontingentinin komandiri general-leytenant Lentsovun Bakıda keçirdiyi müzakirələr nəticə verməyib… Müzakirələr nəticəsində dəyişikliklərə və 9 noyabr 2020-ci üçtərəfli bəyanatının şərtlərinin bərpasına nail olunmayıb”.

Nersisyan bununla demək istəyib ki, A.Lentsovun Azərbaycan tərəfini nəzarət-buraxılış məntəqəsilə bağlı hər hansı dəyişikliyə, yaxud güzəştə razı salmaq cəhdi uğursuz olub. Bu, o deməkdir ki, rus general-leytenant separatçılara bununla bağlı hansısa vəd verib.

Bu, həm də o deməkdir ki, separatçı rejimin qalıqları belə məsələlərin hansısa rus generalı səviyyəsində həllinə inanacaq və Azərbaycanın nəyinsə, kiminsə qarşısında geri addım atacağına ümid edəcək qədər axmaq və kütbeyindirlər. Ya da özlərini axmaq yerinə qoyaraq, bölgədəki erməni əhalisini aldatmaqla məşğuldurlar…

Xatırladaq ki, Moskvanın Qarabağdakı hərbi kontingentə yeni rəhbər təyin etdiyi general-leytenant Lentsov əvvəlcə separatçı rejimin qalıqlarının başçıları, sonra Ermənistan Müdafiə naziri, yalnız bundan sonra isə Bakıya gələrək Azərbaycanın Müdafiə naziri ilə görüşüb. Separatçıların bəyanatından belə görünür ki, həmin görüşdə rusiyalı general nəzarət-buraxılış məntəqəsi məsələsini qaldırıb və Azərbaycan tərəfindən lazımi cavabı alandan sonra, şələ-küləsini də qoltuğuna vuraraq, Xankəndinə qayıdıb.“AzPolitika.info”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90