image-2000x150
image-serhed-lacinbackend

Lentsovun gəlişindən öncə Bakının Laçın postu ilə bağlı mühüm QƏRARI  

image-728x90

Baş nazir Əli Əsədovun qərarı ilə dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısına dəyişiklik edilib.

Ulusal.az xəbər verir ki, qərarla, Laçın dövlət sərhədindəki buraxılış məntəqəsi (Laçın rayonu (Malxələf kəndinin yaxınlığı), Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında) siyahıya daxil edilib.

Bu qərarın məhz indi verilməsi təsadüfi deyil. Rusiya sülhməramlılarının yeni komandanı Aleksandr Lentsovun bu gün Bakıya gələcəyi gözlənilir. Lentsovun məqsədi ya Laçın postunun ləğv edilməsi, yaxud rus hərbçilərinin də Azərbaycan sərhədçiləri ilə birlikdə postda dayanmasıdır. Azərbaycan bunu qəbul etmir. Lentsovun gəlişindən öncə baş nazirin verdiyi qərar da o deməkdir ki, rəsmi Bakı Laçın postu məsələsini ümumiyyətlə müzakirədən çıxarır.Publika.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90