Lənkəranda kiçik sahibkarlığın fəaliyyətinə maneyələr yaradılır?
Bu barədə patrul.az-da Səməndər Niftəliyev çıxış edib.
Ulusal.az məlumat verir ki, Lənkəranda müəyyən kafe və restoranlarda yemək verilməsinə icazə verilmir. S. Niftəliyev bildirir ki, müyyən şəxslər kiçik kafelərdə yemək verilməsinə qarşısını alır və bu səbəbdən daha bahalı və prestijli restoran və istirahət mərkəzlərinə insanların gedilməsinə sövq edilir.
Qeyd edək ki, sosial platformada yayımlanan çıxışdan sonra bir çox kiçik sahibkarlar faktı təsdiqləyb və bildiriblər ki, ancaq çay və sərinləşdirici içkilərlə gələn qonaqlara xidmət göstərə bilirlər. Turizm ərazisi olan Lənkəran və ətraf rayonlarda bu hal müşahidə olunur.
Məsələ ilə bağlı qurumlardan heç bir münasibət öyrənmək mümknü olmadı.
Qurumların mövqeyini dərc etməyə hazırıq.