Ulusal.az xəbər verir ki, İran Məhkəmə-Ədliyyə Sisteminin İnsan Haqları Qərargahının keçmiş katibi Cavad Laricani ABŞ prezidenti Donald Trampı öldürməyin legitim olduğunu bildirib.
Laricani Trampın məqsədyönlü şəkildə öldürülməsini icazəli bilərək, həm də 400-dən çox hökumət ruhanisinin bununla bağlı verdiyi fətvaya istinad edərək, bunu dini əsaslı hökm hesab edir.
Laricani deyib: “Donald Trampın öldürülməsi ABŞ-nin İslam Respublikasına qarşı qurduğu terror ənənəsinə cavab olaraq hüquqi legitimlik daşıyır. Trampın öldürülməsi bizim xilas yolumuzdur”.