image-rt-reklam
image-1backend

Laçının bu kəndlərinə işıq çəkilir – Video

image-728x90

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən Azərişıq ASC Laçın rayonunun bir neçə kəndində yenidənqurma işləri həyata keçirir.

Bu barədə Ulusal.az-a qurumdan məlumat verilib.

Bildirilir ki, hazırda Cağazur, Qorçu və Qaragöl istiqamətində elektrik şəbəkələri yenilənir.

Ümumilikdə görülən digər işlərlə yanaşı Laçın şəhəri daxilində yeraltı xətlərin çəkilişi davam edir. Eyni zamanda Şəlvə, Qaragöl, Zağazur və Minkənd istiqamətinə çəkilən 35 kv-luq hava xətti də tamamlanmaq üzrədir.

Qeyd edək ki, “Azərişıq” elektrik təsərrüfatının yenidən qrurulması ilə bağlı işləri ölkənin bütün regionlarında paralel olaraq davam etdirir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90