image-rt-reklam
image-1backend

Laçındakı görüşün tarixi əhəmiyyəti bundan ibarətdir -Politoloq

image-728x90

“Azərbaycan, Türkiyə  və Pakistan liderlərinin Laçın Zirvə Toplantısı ölkəmizin  diplomatik və geosiyasi strategiyasında mühüm mərhələdir. Bu toplantı, yalnız regional əməkdaşlığın gücləndirilməsi baxımından deyil, həm də Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və reinteqrasiya proseslərinin beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm tarixi əhəmiyyətə malikdir.”– bu fikirləri saytımıza açıqlamasında  politoloq Arzuman Muradlı bildirib.

image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoa

Politoloq qeyd edib ki, Laçın Zirvə Toplantısı, 30 ilə yaxın Ermənistanın işğalında qalmış və 2020-ci ildə Vətən Müharibəsi nəticəsində azad edilmiş ərazilərdə — konkret olaraq Laçında keçirilməsi ilə Azərbaycanın bu ərazilər üzərində tam suverenliyini bir daha beynəlxalq ictimaiyyətə nümayiş etdirdi.

“Bu, Azərbaycanın ərazi bütövlüyünün faktiki və hüquqi baxımdan tanındığını və qəbul edildiyini göstərən mühüm siyasi mesaj idi. Toplantı çərçivəsində iştirakçılara Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı yenidənqurma işləri təqdim olundu. Bu da Azərbaycanın müharibədən sonrakı dövrdə dayanıqlı inkişaf və reinteqrasiya sahəsində irəliləyişlərini göstərdi. Qonaqlar Laçın şəhərində aparılan abadlıq işlərini, tikilən infrastruktur və müasir texnologiyaları yerində gördülər. Laçın Zirvə Toplantısı həm də regional əməkdaşlıq formatında mühüm bir addım idi. Burada iştirak edən ölkələr və təşkilatlar arasında iqtisadi, nəqliyyat və enerji sahələrində əlaqələrin gücləndirilməsi müzakirə olundu. Bu, Zəngəzur dəhlizi, Orta Dəhliz (Transxəzər) və digər təşəbbüslər kontekstində regional inteqrasiyanın dərinləşməsinə töhfə verdi.Toplantının məhz keçmiş münaqişə zonasında keçirilməsi dünyaya sülh, yenidənqurma və əməkdaşlıq mesajı verdi. Bu, Cənubi Qafqazda yeni reallıqların formalaşdığını və Azərbaycanın bu reallıqları konstruktiv şəkildə yönləndirmək istədiyini nümayiş etdirdi.  Laçın Zirvə Toplantısı yalnız bir diplomatik tədbir deyil, həm də Azərbaycanın öz torpaqlarına qayıdışını, inkişafı və sülh təşəbbüslərini simvolizə edən tarixi hadisədir. Bu, ölkənin regionda liderlik iddiasını gücləndirən və gələcək üçün strateji yol xəritəsini dəstəkləyən bir platformadır.”- deyə Arzuman Muradlı bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90