image-2000x150
image-1backend

Laçında təxribatdan öncə Rusiya xəbərdarlıq etmişdi

image-728x90

Fikrimcə, erməni təxribatlarının hansı məqsədlərə xidmət etməsi məsələsinə iki istiqamətdə baxmaq mümkündür.

Bu sözləri Yenipress.az-a Ermənistanın son təxribatları haqqında danışan siyasi şərhçi Turab Rzayev deyib.

Siyasi şərhçi ilk aspekt kimi rəsmi İrəvanın sürətli silahlanma siyasəti həyata keçirdiyini qeyd edib:

“Birincisi, rəsmi İrəvan ölkəni davamlı və sürətli şəkildə silahlandırır. 44 günlük Vətən müharibəsindən sonra Ermənistanın dəyəri 1 milyard dollardan çox olan silah-sursat, hərbi texnika alması bizə məlumdur. Özü də bunlar 200, 250, 150 milyonluq böyük partiyalar şəklində alınıb. Digər vacib məqam isə İran-Ermənistan əlaqələri ilə bağlıdır. Sözügedən əlaqələrin artıq ittifaq səviyyəsinə çatdığını deyə bilərik. Hətta İran Ermənistanı hərbi ittifaq müqaviləsi imzalamağa dəvət edib, bunun mümkün olmayacağı təqdirdə isə qarşı tərəfə təlimlər keçməyi öz üzərinə götürüb, silah arsenalından sərbəst istifadə imkanı yaradacağının sözünü verib. Azərbaycan İrandan göndərilən qrupların qanunsuz şəkildə Qarabağa keçdiyini rəsmi şəkildə elan edib. İranın Ermənistana 600-dən çox ballistik raket və çoxlu sayda dron göndərdiyi haqqında məlumatları nəzərə alsaq, bəhs edilən qrupların bunlar üzrə mütəxəssislərdən ibarət olduğunu demək olar. Ermənistan MN təkzib etsə də, toqquşma zamanı ilk dəfə İran dronlarından istifadə edildi. Təkcə bu fakt təxribatın əvvəlcədən İranın göndərdiyi dəstə tərəfindən planlaşdırıla biləcəyini də deməyə əsas verir”.

Turab Rzayev ordu içərisində Rusiyaya bağlı qüvvələr tərəfindən baş verən təxribatla Ermənistan baş nazirinə mesaj verildiyini bildirib:

“İkinci istiqamət Paşinyanın və kabinetinin aprelin 11-də baş verən son sərhəd toqquşmasına yanaşması ilə bağlıdır. Belə ki, məsələ ilə əlaqədar verilən reaksiya çox qəribə oldu. Reaksiya təxribatın Paşinyan hökumətinə tabe olmayan qüvvələr tərəfindən törədilmə ehtimalını da ortaya qoyur. Baş verən toqquşma ilə əlaqədar Ermənistan parlamenti iclasını yarımçıq bitirdi, Suren Papikyan isə Brüsseldən təcili şəkildə ölkəyə qayıtdı. Bütün bunlar təxribatın ordunun içində Rusiya və cinayətkar Qarabağ klanına bağlı olan kifayət qədər vəzifəli kadrlar olduğunu göstərir. Təxribat sülhü istəməyənlərin, xüsusilə Rusiyanın xeyir-duası ilə baş verib. Məqsəd isə Paşinyana mesaj vermək və onu çətin vəziyyətə salmaq idi. Azərbaycan toqquşmadan sonra AB və digər beynəlxalq təşkilatları bölgədə vəziyyəti yerində təhlil etməyə çağırdı. Lakin təəssüf ki, lazımi reaksiya gəlmədi. Təxribat baş verdiyi gün Rusiya XİN sözçüsü Mariya Zaxarova mətbuat konfransında “NATO ilə birgə təlim keçirmək Ermənistanı daha təhlükəsiz etmir” cümləsini işlətdi. Paşinyan isə KTMT təlimlərinin Ermənistanda keçirilə biləcəyi haqqında açıqlama verdi və bununla mesajı aldığını bildirdi. Rusiya isə öz növbəsində bütün imkanlarının olmasına baxmayaraq, baş vermiş təxribatla bağlı heç bir açıqlama vermədi”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90