“Laçın yolundakı aksiyaları tənqid etmək azərbaycanlıya yaraşmayan hərəkətdir”.
Ulusal.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında milət vəkili Ceyhun Məmmədov səsləndirib.
“Bizim 30 ildir Naxçıvanla quru sərhədimiz yoxdur. İndiyə kimi heç bir beynəlxalq təşkilat bu barədə bəyanat yaymayıb. Lakin biz indi torpaqlarımızda baş verən ekoloji terrorla bağlı dinc aksiya keçiririk, bunu qınayırlar. Bizim aksiyaçılarımızın etirazları tam əsaslıdır.
Özünü azərbaycanlı adlandıran bir çox şəxslər bu aksiya ilə bağlı lazımsız məlumatlar yayırlar.
Biz Qarabağdakı qalibiyyətimizi birliyimiz sayəsində qazanmışdıq. Hamımız indi də vahid mövqe göstərməliyik. Bu aksiyaları tənqid etmək azərbaycanlıya yaraşmayan hərəkətdir. Bu ərazilərə nəzarət etməliyik, azərbaycanlıların öz torpaqlarına dönməsinin vaxtı çatıb. Buna görə vətəndaşlarımıza tam şərait yaradılmalıdır”, – deyə deputat əlavə edib.






















