image-2000x150
image-29jpeg-1682943391backend

“Laçın-Xankəndi yolunda Azərbaycan sərhədçiləri yüksək peşəkarlıq nümayiş etdirirlər”

image-728x90

Laçın-Xankəndi yolunda qurulan sərhəd-buraxılış məntəqəsində keçid təmin olunur. Təqdim olunan kadrlardan göründüyü kimi, vətəndaşların sərhədi keçməsi qaydalara uyğun olaraq nizam-intizamla və nəzakətli şəkildə təşkil olunur. Azərbaycan sərhədçiləri yüksək peşəkarlıq nümayiş etdirirlər.

Azərbaycan-Ermənistan sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması ilə əlaqədar Prezident İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı da bildirib ki, bu məntəqənin qurulması Azərbaycanın suveren hüquqları çərçivəsində və bütün beynəlxalq qaydalara uyğun olaraq təmin edilib.

Yəni məqsəd hərəkətin məhdudlaşdırılması deyil, əksinə nəzarətin təmin edilməsidir və artıq bu məntəqə vasitəsilə gediş-gəliş həyata keçirilir. Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinin hüquqları Azərbaycanın Konstitusiyası və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq sənədlər çərçivəsində təmin olunacaq.

Beləliklə, Ermənistan rəsmilərinin Qarabağ ermənilərinin “etnik təmizləməsi” və Laçın yolunun “blokadası” ilə bağlı iddiaları növbəti yalan təbliğatdan başqa bir şey deyil.

Laçın yolunda təhlükəsizlik və sərhəd keçidində nəzarət təmin olunub, qayda-qanun çərçivəsində sərhədi keçməkdə heç bir problem yoxdur.

Ümumiyyətlə, Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsənin qurulması ölkəmizin suveren hüququ və suverenliyinin növbəti təsdiqidir. Ermənistan öz ərazi bütövlüyünü qorumağa çalışdığı kimi, Azərbaycanın da ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır.

Beynəlxalq hüquqa görə də dövlətin öz suveren ərazilərini qanunsuz müdaxilələrdən qoruması və sərhəd-keçid məntəqələrində nəzarəti təmin etməsi onun suveren və ayrılmaz hüququdur. Postun qurulması Qarabağda yaşayan mülki ermənilərin yoldan istifadəsini məhdudlaşdırmır. Əksinə, qanuni və tənzimlənən gediş-gəliş üçün imkan yaradır. Odur ki, Qarabağ erməniləri artıq yaranmış imkanı düzgün dəyərləndirməlidir.

Könül Nurullayeva,

Millət vəkili

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90