image-rt-reklam
image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoabackend

“Laçın keçidi birdəfəlik bağlanmalı, yalnız Naxşıvana quru yol açıldıqdan sonra açılmalıdır” -Arzuman Muradlı

image-728x90

“Bu ermənilərin növbəti şousudur. Ermənilər bu yolla Qarabağda hələ də ciddi problemlərin olduğunu dünyanın diqqətində saxlamasına çalışır” -bu fikirləri Ulusal.az-a açıqlamasında politoloq Arzuman Muradlı bildirib.

Politoloq bildirib  ki, 33 ildən artıqdır ki, Naxşıvana quru yol bağlıdır, amma bu 33 ildə  Avropa İttifaqı və yaxud dünyanın hansısa bir təşkilatı öz etirazını bildirməyib.

” Ermənilərin bu şousu davam edəcək.  Ermənistan Laçın sərhəd-keçid məntəqəsinin qarşısına yığdığı yük maşınlarını “nəticə” əldə edənə qədər orada saxlayacaq. Karvanın başında sərhədə gələn Ermənistan hökumətinin nümayəndəsi Vardan Sarkisyan deyib ki, sülhməramlılara yükün keçirilməsi üçün müraciət edilib, cavab alana qədər burada qalacaqlar. “Hadisə yerinə” Avropa İttifaqının müşahidə missiyasının nümayəndələrini də gətiriblər.Avropa İttifaqının bu addımı ədalətsiz bir yanaşmadır. Biz Laçın keçidindən ermənilərin keçidini birdəfəlik bağlamalı və yalnız Naxçıvana quru yol açıqldıqdan sonra bu keçidi açmalıyıq.”-deyə Arzuman Muradlı bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90