image-rt-reklam
image-1680807596_sebine-xasayeva-6backend

Laçın gününün işığı uzaqlara da düşəcək!..

image-728x90

Vətən müharibəsi tarixi Zəfərlə başa çatdı, üçtərəfli bəyanat imzalandı. Bu sənədi Azər¬bay¬can rəsmən qalib, Ermənistan rəsmən məğlub dövlət kimi imzaladı.Bəyanata əsasən, Ermə¬nistan silahlı birləşmələrinin hissələri və separatçı qüvvələr Ağdamı, Laçıını və Kəlbəcəri tarixi Zəfərdən az sonra tərk etməli idi.
Laçın rayonu işğaldan dekabrın 1-də azad edilsə də Laçın şəhərinə, Zabux və Sus kənd¬lə¬rinə Ermənistan silahlı birləşmələri nəzarət edirdi. Azərbaycan Ordusu buna da son qoydu…
Laçında da quruculuq işləri uğurla aparılmaqdadır. Laçına da böyük köç başlayıb…
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev cari ilin mayın 28-də Laçına növbəti səfəri zamanı aparılan quruculuq işlərindən danışaraq demişdi: “Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən 26 avqust Laçın şəhəri günü elan olunub.
Laçında quruculuq işləri uğurla davam etdirilməkdədir. 2021-ci ildə Laçın rayonunda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək. Laçın rayonunda Həkəri çayının ən böyük qolu olan Hoçaz çayı üzərində yerləşən və ermənilər tərəfindən tamamilə dağıdılmış 14,25 meqavat gücündə “Ağbulaq”, 8,25 meqavat gücündə “Mişni” və 6 meqavat gücündə “Alxaslı” Su Elektrik stansiyaları tam yenidən qurulub. 258 hek¬tar məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlər tikiləcəkdir. Şəhərdə xəstə¬xa¬na, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəs¬sisələri, peşə məktəbi, mədəniyyət və turizm obyektləri də yaradılacaqdır.
Ötən ilin may ayının 28-dən laçınlıların Laçına qayıdışı başlayıb. Onların bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb. Böyük Qayıdışı təmin edəcək Dövlət Proqramına əsasən indiyədək Laçın şəhərinə 534 ailənin, yəni 1971 nəfərin dai¬mi məskunlaşması təmin edilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2021-ci il fevralın 14-də, avqustun 16-da, 2022-ci il iyun un 26-da, sentyabrın 21-də 2023-cü il mayın 28-də, avqustun 25-də, 2024-cü il mayın 10-da laçında səfərədə olub, quruculuq işlərinin gedişi ilə maraqlanıb, gərəkli göstərişlər verib.
Laçın şəhəri günü Azərbaycanımız üçün, Azərbaycanlılar üçün, azərbaycançılıq üçün tarixi gündür. əziz gündür, qürur günüdür. Bu günün işığı uzaqlara da düşəcək!…

Səbinə XASAYEVA,
VI çağırış Milli Məclisin deputatı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90