image-2000x150
image-2022-04-01-21-37-51g0sfupcluwmpbfnosuiv_filebackend

Kürü yeyən nazir də 15 manat, quru çörəklə oruc tutan da? – İlahiyyatçıdan etiraz

image-728x90

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası builki fitrə məbləği ilə bağlı fətva verib.

Fətvada adambaşına 10-15 manat fitrə çıxarılması tövsiyə olunub. Açıqlamaya görə, fitrə zəkatının vaxtı Ramazan ayının son günü – Bayram axşamı şam namazından sonradır.

Fitrə zəkatının adambaşına düşən məbləği isə insanlar arasında birmənalı qarşılanmayıb.
Bəs, hər kəs açıqlanan məbləğdə fitrə verməyə məcburdur? Ümumiyyətlə, fitrə zəkatı necə hesablanmalıdır?

Məsələ ilə bağlı ilahiyyatçı Tural İrfan açıqlama verib.

Onun sözlərinə görə, bu kimi məsələlərdə məbləğ açıqlamaq dinə zidd hesab olunur:

“Bilmirəm, bu məbləği hansı meyarlara əsaslanaraq təyin ediblər. Bu dinə zidd bir şeydir. Bəzi şəxslər hər şeyi alverlə ölçməyə öyrəşib. O fətvanı verənlərin azad fikirləri yoxdur. İran müctəhidlərinə təqlid edirlər. Bunu da gizlətmirlər”.

İlahiyyatçı, fitrə zəkatının verilmə qaydası haqqında da danışıb:

“Fitrə zəkatı adambaşına 3 kiloqram buğda, xurma, arpa, kişmiş, qarabaşaq kimi ərzaqlardan verilməlidir. O zaman Ərəbistanda o cür qidalar olduğu üçün Peyğəmbərimiz belə buyurub. Amma indi nazirlər var ki, oturub gündə kürü yeyir. O da 3 kiloqram buğdanın pulunu versin? Kürünün kiloqramı ən azı 500 manatdır, 3 kiloqramı da 1500 manat edir. Bu cür ölçülməlidir”.
Tural İrfan sonda bildirib ki, imkanı zəif olan ailələrin bu məbləği qarşılaması qeyri-mümkündür:

“Bizdə oruc tutanların 80 faizinin özünə fitrə zəkatı verilməlidir. Quru çörəklə oruc tutan adam tanıyıram. Ailəsində də 7 nəfər var. O necə adambaşına 15 manatdan fitrə versin? Bu dinə də, ölkəmizdəki sosial vəziyyətə də uyğun deyil. Hərə öz imkanı daxilində verməlidir. Bir adam bir ay ərzində nə ilə qidalanıbsa, həmin qidadan da adambaşına 3 kiloqram fitrə verə bilər”.BakuPost

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90