Paytaxtın Nizami rayonundakı məktəbəqədər təhsil müəssisələri rəhbərlərinin kurasiya üzrə görüşu keçirilib.
Görüşdə Bakı Şəhəri üzrə Təhsil İdrəsinin (BŞTİ) müdir müavini Xəyalə Əhmədzadə, Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, Məktəbəqədər təhsilin təşkili sektorunun əməkdaşı Günay Əhmədova iştirak ediblər.
Paytaxtdakı 59 nömrəli körpələr evi-uşaq bağçasında keçirilən görüşdə BŞTİ-nin müdir müavini X.Əhmədzadə məktəbəqədər təhsil müəssisələrində idarəetmənin səmərəliliyinin artırılması, fəaliyyətin müasir tələblərə uyğun tənzimlənməsi, valideynlərlə əməkdaşlığın gücləndirilməsi, təlimin keyfiyyətinin artırılması, qarşıya çıxan məsələlərlə bağlı daha çevik və peşəkar qərarların verilməsi barədə danışıb, müvafiq tövsiyələr verib.
Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri B.Məmmədov məktəbəqədər təhsil müəssissələrinin fəaliyyətinin ictimaiyyətə təqdim olunmasının fərqli formalarının tətbiqi, bu istiqamətdə səylərin artırılması ilə bağlı fikirlərini bildirib.
Sonra məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə bir sıra aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallara cavab verilib, müvafiq təklif və tövsiyələr səsləndirilib.