“Volodimir Zelenski heç vaxt Vladimir Putinlə danışıqlar masasına əyləşməyəcək”.
Bu fikirləri Ukraynanın xarici işlər naziri Dmitri Kuleba səsləndirib.
Diplomatın fikrincə, məqsədə “müharibə və diplomatiyanın kombinasiyası ilə” nail olmaq olar:
“Ukraynalı generallar Rusiya qüvvələrini geri çəkilməyə sövq etməlidir, Xarici İşlər Nazirliyi isə imkan daxilində dialoqun baş tutmasına çalışmalıdır”.
Ukraynanın əks hücumu uğursuz olarsa, 2023-cü ilin sonuna qədər Rusiya ilə danışıqlara dair suala cavab olaraq Kuleba danışıqlar prosesinin başqa diplomatik yollarının da olduğunu deyib.
“Ancaq biz heç vaxt Putin və Zelenskini eyni masa arxasında görməyəcəyik”, – Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb.





















