image-2000x150
image-1backend

KTMT Ermənistanı tərk etməyəcək – Sidorov

image-728x90

KTMT-də heç kim Ermənistanı tərk etməyi planlaşdırmır. İrəvan rəhbərliyindən KTMT-dən çıxma ilə bağlı təşkilata rəsmi müraciət daxil olmayıb.

Ulusal.az xəbər verir ki, bunu KTMT-nin Birləşmiş Qərargah rəisi, general-polkovnik Anatoli Sidorov Moskva-Minsk-Astana-Bişkek-İrəvan videobağlantısı zamanı deyib.

“Ermənistanın 2023-cü ildə KTMT tədbirlərində məhdud iştirakına gəlincə, dövlətdə vəziyyət istənilən şəkildə inkişaf edə bilər. Biz burada həll yollarını müzakirə etmirik. Ermənistan qanunvericilik fəaliyyətində, Təşkilatın sənədlərinə baxılmasında, daimi fəaliyyət göstərən orqanların fəaliyyətinin maliyyələşdirilməsində iştirak edir”, – o bildirib.

Sidorov qeyd edib ki, KTMT-də Təşkilatın Qafqaz regionuna marağını itirməsi və ya Ermənistanı tərk etməsi barədə söhbət getmir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90