image-rt-reklam
image-1backend

Krımda silsilə terror aktlarının qarşısı alındı: Həbs olunanlar var

image-728x90

Krımın təhlükəsizlik qüvvələri dəmir yolu obyektlərində beş yerli sakin tərəfindən hazırlanan silsilə terror aktlarının qarşısını ala bilib.

Ulusal.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası FSB-nin Mərkəzi Əməliyyat Mərkəzindən məlumat verilib.

Həmin şəxslərdən biri anbardan partlayıcıları çıxararkən partlayıb.

FSB bildirib ki, onlar Rusiya Silahlı Qüvvələrinin yerləşdiyi yerlər və hərəkətlər, hava hücumundan müdafiə vasitələrinin və yanacaq-energetika kompleksinin yerləşdiyi yerlər və s. haqqında məlumatları toplayıb Ukraynaya ötürürmüş.

Məlumata görə, onlar Krımın müxtəlif bölgələrində dəmiryol relslərində terror aktları törətmək və qatarların hərəkətini iflic etmək niyyətində olublar.

Qeyd olunur ki, həbs edilənlərə qarşı terror aktına hazırlıq maddəsi və Rusiya Federasiyası Cinayət Məcəlləsinin 222-ci maddəsinin üçüncü hissəsi ilə cinayət işi açılıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90