image-2000x150
image-kreml_moskvabackend

Kremlin Qarabağ planı iflasa uğrayıb – Arzuman Muradlı

image-728x90

“Qarabağda baş verənlər onu deməyə əsas verir ki, ermənilər Paşinyanın verdiyi açıqlamaları qəbul etmirlər. Bu proses onu göstərir ki, erməni cəmiyyəti sülhə hazır deyil” -bu fikirləri Ulusal.az-a açıqlamasında politoloq Arzuman Muradlı bildirib.

image-media-arzuman_muradli-yeni_foto_2-amt6k2jxcq8p7rwno0e3-620x460

Politoloq hesab edir ki, indiki halda erməni cəmiyyətində qütbləşmə var.

” Bəzi erməni siyasətçilər Paşinyanın açıqlamalarının Ermənistanın xilas yolu olduğunu desə də, rusiyameyilli siyasətçilər onu istefa və yaxud devirməklə hədələyirlər. Vəziyyət o həddə çatıb ki, Ermənistanın baş naziri Nikol Paşinyanı Ruben Vardanyan hədələyir. Paşinyan Qarabağı Azərbaycan ərazisi kimi tanıyan sülh sazişinə imza atarsa Ruben Vardanyan nə edə bilər? Heç nə. Kreml zamanında Vardanyanı Qarabağa ona görə göndərdi ki, o bir müddət sonra Araik Arutunyanın yerinə keçsin. Kremlin sonrakı planı Vardanyanı Ermənistana transfer etmək və onu hakimiyyətdən uzaqlaşdırılacaq Paşinyanın kreslosunda oturtmaq idi. Kremlin heç bir planı reallaşmadı. Çünki Ruben Vardanyanın ermənilər içərisində nüfuzu aşağı olduğundan ona dəstək azdır. Bu Kremlin Vardanyandan əlini üzməsiylə nəticələndi. Vardanyanın Qarabağda yaratdığı “hərəkat”ın da elə bir gücü yoxdur. Odur ki, Vardanyanın Paşinyana barmaq silkələməsi Ermənistanın baş naziri üçün təhlükəli deyil.” -deyə Arzuman Muradlı bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90