image-rt-reklam
image-kremlbackend

Kremlin Azərbaycanla diktə dili ilə danışmağının heç bir mənası yoxdur – Politoloq

image-728x90

Artıq bir neçə gündür ki, Rusiya KİV-lərində Azərbaycan əleyhinə başlanan son kampaniyadavam edir. Bu hücumların Prezident İlham Əliyevin 9 May – Qələbə Günü tədbirləri üçün Moskvaya getməməsindən sonra başladığını göz önündədir  və bunu Kremlin ideoloji savaşı da adlandırmaq olar.

Politoloq Arzuman Muradlı hesab edir ki, Rusiya mediası birbaşa Kremlin göstərişi ilə kampaniyaya başlayıb.

image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoa

“Rusiya mediasında təkcə Azərbaycan-Rusiya münasibətlərinin son dövrlərinə dair təhriflərə deyil, həm də Azərbaycanın müstəqil siyasətinə birbaşa təzyiqlərə şahid oluruq. Kreml hələ də SSRİ dövrünün ideoloji düşüncə tərzindən çıxa bilməyib. Kreml ideoloji maşını ilə məşğul olanlar hələ də Sovet İttifaqı paradiqmasında yaşayır. Halbuki bu gün Azərbaycanla diktə dili ilə danışmağın heç bir mənası yoxdur. Bunu yalnız Moskva deyil, Tehran, Brüssel, Paris və Vaşinqton da başa düşməlidir”. deyə Arzuman Muradlı qeyd edib.

Politoloq bildirib ki,  Azərbaycan Prezidentinin Avropada apardığı yüksək səviyyəli diplomatiya ilə bu yanaşmanın artıq keçərli olmadığını vurğulayır.

Prezident İlham Əliyevin Albaniyada Avropa İttifaqı liderləri və Fransa Prezidenti ilə görüşü bunun bariz sübutudur”.

“Bizim başımıza gətirilən faciələrdə hər zaman Rusiyanın barmağı olub. Azərbaycan xalqı Rusiyanın, Kremlin çirkin siyasətinin hər üzünü görüb. Azərbaycan xalqı 1990-cı ilin Qanlı Yanvarını, 1992-ci ilin Xocalı soyqırımını – rus ordusunun 366-cı alayının erməni silahlılarına verdiyi dəstəklə törədilmiş qətliamı, həmçinin birinci Qarabağ müharibəsində Rusiyanın Ermənistanı necə dəstəklədiyini yaxşı xatırlayır. Biz bu tarixləri unutmamışıq və unutmarıq. Tarix belə qətliamları gizlətmir. Rusiyada da bunu anlayırlar. Amma Kreml yenə öz çirkin siyasətindən əl çəkmək istəmir”.- deyə Arzuman Muradlı bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90