image-rt-reklam
image-1backend

“Kreml Vaşinqton razılaşmasına əngəl törətməyə çalışır” – Politoloq

image-728x90

“Azərbaycan və Ermənistan arasında ABŞ-ın vasitəçiliyi ilə əldə olunmuş 8 avqust razılaşması Rusiya tərəfindən diqqətlə və narahatlıqla izlənilir. Vaşinqtonda Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında imzalanan sənədin ilkin mərhələsində Kreml susqunluq nümayiş etdirsə də, bir ay keçdikdən sonra bu razılaşmaya qarşı açıq narazılıq siqnalları gəlməyə başlayıb.” – bu fikirləri politoloq Arzuman Muradlı bildirib.

image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoa

Politoloq hesab edir ki, bu susqunluq ilk günlərdə Rusiyanın ABŞ Prezidenti Donald Trampla Alyaskada planlaşdırılan görüşünə hazırlığı ilə bağlı idi.

“Kreml Vaşinqtonun təşəbbüsünü açıq şəkildə tənqid edərək Trampın vasitəçilik cəhdlərini şübhə altına almaq istəmirdi. Lakin zaman keçdikcə Rusiya diplomatiyası öz klassik yanaşmasına qayıtdı. Xarici işlər naziri Sergey Lavrov vasitəsilə rəsmi Moskva Azərbaycan-Ermənistan sülh prosesi üzrə Vaşinqton formatına tənqidi münasibət sərgiləməyə başlayıb. Lavrov, görünüşdə neytral mövqe nümayiş etdirərək, iki ölkə arasında əldə olunmuş razılaşmanı suveren hüquqların təzahürü kimi təqdim etsə də, əslində, razılaşmanın “tam razılaşdırılmadığını” və “skeptik rəylərin” artdığını vurğulamaqla prosesə müdaxilə mesajı verir.”- deyə Arzuman Muradlı bildirib.

Politoloq hesab edir ki, Lavrovun “skeptik rəylər” ifadəsi, böyük ehtimalla, Ermənistanın radikal müxalifətinə işarədir.

“Məlumdur ki, bu qüvvələr Rusiyanın İrəvandakı əsas dayaqlarıdır və Vaşinqtonda imzalanan müqaviləyə qarşı ən sərt mövqe məhz onlardan gəlib. Moskvanın bu mövqeyi açıq şəkildə göstərir ki, Kreml 8 avqust razılaşmasının icrasına dolayısı yolla əngəl törətməyə çalışacaq. Tərəflər – xüsusilə də İrəvan və Vaşinqton – bu reallığı nəzərə alaraq, prosesi sürətləndirməli, Zəngəzur dəhlizinin reallaşdırılması və yekun sülh müqaviləsinin imzalanması istiqamətində konkret addımlar atmalıdırlar. Əks təqdirdə, yaranmış ləngimə və qeyri-müəyyənlik Moskvanın əlini gücləndirəcək, prosesin yenidən Kreml orbitinə düşməsi riski artacaq.”- deyə Arzuman Muradlı bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90