image-2000x150
image-kremlbackend

“Kreml Ukrayna bataqlığından çıxmaq üçün yollar axtarır” -Arzuman Muradlı

image-728x90

“Kreml Ukrayna bataqlığından çıxmaq üçün yollar axtarır. Bu bataqlıq Rusiya iqtisadiyyatını tamamilə məhv edib.  Həmçinin  Qərbin sanksiyaları Rusiya iqtisadiyyatını çökdürməkdədir. Ona görə də Rusiya tələsir. Putin mənfi təsirləri azaltmaq üçün qısa zamanda “Şimal-Cənub” nəqliyyat dəhlizini işə salmaq istəyir”. –Ulusal.az-a açıqlamasında bu fikirləri politoloq Arzuman Muradlı bildirib.

image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoa

Politoloq hesab edir ki,“Şimal-Cənub” nəqliyyat dəhlizinin işə salınması Rusiyanı bu bataqlıqdan azda olsa çıxara bilər.

“Putinin İran Prezidenti İbrahim Rəisi ilə videobağlantı vasitəsilə Rəşt-Astara dəmir yolunun tikintisinə dair imzaladığı saziş müəyyən zaman çərçivəsində Rusiyaya yardım edə bilər. Bir sözlə Rusiya bu sazişlə özünü yeni nəfəslik açır. Dəmiryolu “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsidir və Rusiyanın Baltikyanı limanlarını İranın Fars körfəzindəki limanları ilə birləşdirəcək. Tikintidə Rusiya Dəmir Yolları iştirak edəcək. Bu dəmiryolu xəttinin tikilişi zaman söhbətidir. Çünki bildiyimiz kimi ABŞ İrana qarşı sanksiyalar qəbul etdikdən sonra İrana kredit ayırmaq çətinləşib.Ancaq reallıq budur ki, Rusiya bu xəttin tikilişini tam olaraq öz üzərinə götürüb.” -deyə Arzuman Muradlı bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90