image-rt-reklam
image-1backend

“Kreml öz çirkin siyasətindən əl çəkmir”- Politoloq

image-728x90

Rəsmi Moskva yenə öz çirkin siyasətini davam etdirir. Bu dəfə Kremlə yaxınlığı ilə tanınan, radikal ritorikası və aqressiv mövqeyi ilə seçilən rusiyalı təbliğatçı Sergey Mardan növbəti dəfə Azərbaycanı əsassız şəkildə hədəf alıb. O, öz sosial media hesabında yaydığı paylaşımda Qazaxıstan və Azərbaycanın guya Rusiya əleyhinə addımlar atdıqlarını iddia edərək, bu ölkələrə qarşı “xüsusi hərbi əməliyyat” (SVO) aparılmalı olduğunu bildirib.

Politoloq Arzuman Muradlı saytımıza açıqlamasında bildirib ki, Mardanın bu cür fikirləri Kremlin mətbəxində hazırlanır.

image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoa

“Mardanın sonrakı paylaşımında Azərbaycan Prezidenti ilə Ukrayna Prezidentinin Danimarkadakı görüşündə ingilis dilində danışmalarına irad bildirməsi və bundan dolayı Azərbaycanı yenidən rus dilinə “qayıtmağa” dəvət etməsidir. O, bu iddiasını vaxtilə Cənubi Qafqazda işğalçılıq siyasətinə rəhbərlik etmiş rus general Sisianovla müqayisə etməyə çalışıb. Lakin tarixdən məlumdur ki, Azərbaycanın müstəqilliyinə qarşı çıxan Sisianovun aqibəti bu imperiya iddialarının nə ilə nəticələndiyini açıq şəkildə göstərir. General Sisianov 1806-cı ildə Bakı qalası yaxınlığında haqlı olaraq cəzalandırılmış və bu, tarixdə Azərbaycanın suveren mövqeyinin simvollarından biri kimi qalmışdır. Mardan bu iddialarını deməklə və yaymaqla Kremlin çirkin siyasətinin bir parçası olduğunu bir daha bəyan edir. Sergey Mardan və onun kimilərinin ritorikası bir daha sübut edir ki, bəzi Kreml təbliğatçıları hələ də post-imperial nostalgiyadan xilas ola bilməyib. Region ölkələrinin müstəqil siyasət yürütməsi, beynəlxalq hüquqa əsaslanan qərarlar qəbul etməsi onların “imperiya düşüncəsi” ilə uzlaşmadığı üçün bu cür əsassız və provokativ çağırışlarla qarşılanır.” – deyə Arzuman Muradlı bildirib.

Politoloq qeyd edib ki, Azərbaycanın müstəqilliyi, suverenliyi və beynəlxalq hüquqa əsaslanan xarici siyasət kursu dəyişməz və dönməzdir.

“Azərbaycanın daxili və xarici siyasəti, dil siyasəti və beynəlxalq münasibətləri heç bir kənar gücün təsiri ilə diktə olunmur və olunmayacaq. Bu cür təxribatçı açıqlamalar isə yalnız Kremlin bəzi dairələrinin hazırkı reallığı qəbul edə bilməməsinin və regionda öz təsir imkanlarını itirməsinin göstəricisidir. Tarix göstərir ki, zorakılıq və təhdid dili ilə heç bir ölkənin iradəsi qırıla bilməz.”-deyə Arzuman Muradlı bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90