image-rt-reklam
image-kreml_moskvabackend

“Kreml İrəvandan buna görə qisas alacaq” -Arzuman Muradlı

image-728x90

“Kremlin Ermənistanla bağlı o qədər də çox seçim variantı qalmayıb, çünki rəsmi İrəvan Rusiyanı da, KTMT-nı da ölkəni işğal edə biləcək əsas xarici güc mərkəzi hesab edir. Məhz bu səbəbdən erməni cəmiyyətinin cağırışlarına Kremldən reaksiya yoxdur” -bu fikirləri Ulusal.az-a açıqlamasında politoloq Arzuman Muradlı bildirib.

image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoa

Politoloq hesab edir ki, Kreml hansı yolla olur olsun İrəvanı cəzalandıracaq.

“Əgər Kreml radikal addımlar atmasa Qərb Ermənistanı oğurlaya bilər. Həmçinin Kreml əvvəl-axır məhz bu istiqamətdə prinsipial seçim məcburiyyətində qala bilər, əks halda, ABŞ və Qərbin tədricən Ermənistana yerləşəcəyi qətiyyən şübhə doğurmur. Rusiya Cənubi Qafqazda mövqelərini qoruyub, saxlamaq üçün intensiv cəhdlər göstərir. Son vaxtlar isə Kremlin bu istiqamətdə fəallığı xüsusi israrçılıqla müşayiət olunur. Rusiya siyasi dairələri ABŞ və Qərbin Cənubi Qafqazda hər ötən gün daha çox yerləşməsindən ciddi şəkildə narahatdırlar. Məsələ ondadır ki, Ermənistan Rusiyaya münasibətdə ikibaşlı manevrlər etməkdədir. Belə ki, rəsmi İrəvan bir tərəfdən Rusiyaya beynəlxalq sanksiyalardan yayınmağa yardım göstərir. Bununla da həm beynəlxalq qaçaqmalçılıq yolu ilə külli miqdarda maliyyə vəsaiti qazanır. Digər tərəfdən isə Kremlin Ermənistana aqressiv davranmasının qarşısını almağa çalışır. Kreml sözsüz heç bir məsələdə Ermənistana güzəşt etməyəcək. Bunun da səbəbləri var. Artıq Kremldə anlayırlar ki, İrəvan iki ələ oynayır.” -deyə Arzuman Muradlı bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90