image-2000x150
image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoabackend

“Kreml Ermənistandan imtina etməyib” – Arzuman Muradlı

image-728x90
“Kreml yenə öz çirkin siyasətini davam etdirir. Sergey Lavrov adətən   balans naminə Azərbaycana və Ermənistana səfər edir. Lavrov bu dəfə ancaq Azərbaycana səfər etdi, Ermənistana getmədi, bəziləri bunu Moskvanın İrəvanı cəzalandırması anlamına gəldiyini bildirdi. Amma bu belə deyil” –Ulusal.az xəbər verir ki, bu fikirləri politoloq Arzuman Muradlı bildirib.
Politoloq hesab edir ki,  Lavrovun və onun Kremldəki sahibinin Ermənistanın baş naziri Nikol Paşinyandan və onun siyasətindən xoşları gəlmir.
“Ancaq bu Kremlin Ermənistandan imtinası demək deyil. Belə də oldu.Lavrov İrəvana getməsə də erməni həmkarı Ararat Mirzoyanla uzaq Hindistanda görüşdü. Dehlidə görüş təsadüfə oxşamırdı. Sergey Lavrov Hindistanda G20 XİN rəhbərlərinin görüşündə iştirak edirdi, Ararat Mirzoyan isə “Risin dialoqu” konfransında iştirak etmək üçün Dehlidə işgüzar səfərdə idi və necə oldusa iki nazir bir-birini uzaq ölkədə tapdı. Lavrovla Mirzoyanın görüşü əvvəlcədən planlaşdılmışdı. Əgər Lavrov Paşinyanın siyasətindən və komandasından narazıdırsa, İrəvana getmədiyi kimi Mirzoyanla uzaq Dehlidə görüşməməli idi. Ancaq bu bizim yaxşı tanıdığımız Lavrovdur…” -deyə Arzuman Muradlı bildirib.
image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90