Bu gün Prezident İlham Əliyevin Rusiya prezidenti Vladimir Putinlə MDB dövlət başçılarının Düşənbədə keçiriləcək sammiti çərçivəsində görüşəcəyini təsdiqləyib. Bu barədə məlumatı Kreml yayıb. Şimal-Qərb sammitində, ayaqüstü salamlaşmağı saymasaq, bu, Bakı-Moskva münasibətlərində uzun müddət davam edən gərginlikdən sonra ilk canlı təmas olacaq.
Politoloq Arzuman Muradlı saytımıza açıqlamasında qeyd edib ki, Bakı-Moskva münasibətlərinin normallaşmasında əsas maraqlı tərəf kimi Rusiya görünür.
” Prezident İlham Əliyevin 7 oktyabrda ad günü münasibətilə Rusiya prezidenti Vladimir Putinə zəng etməsi, Rusiya mediası və siyasi dairələrində xüsusi diqqətə layiq qarşılanıb. Muradlı bildirib ki, bu təbəqənin gözləntiləri və Moskvanın münasibətləri yenidən normallaşdırmağa dair göstəriciləri, Düşənbədəki görüş təklifinin də Putindən gəlmiş ola biləcəyini göstərir.”- deyə Arzuman Muradlı bildirib.
Politoloq vurğulayıb ki, Bakı ilə Moskva arasındakı gərginliyin motivləri, o cümlədən AZAL-ın təyyarəsinin vurulması, azərbaycanlılara qarşı hücumlar və digər məsələlər hələ də aradan qaldırılmadığı üçün bu görüşdə bir çox açıq suallar qalacaq.
“Rusiya, Azərbaycana qarşı müxtəlif səbəblərlə görüşə tələsir. Bu məsələni Zəngəzur dəhlizi ətrafında axtarmaq lazımdır. AZAL-ın təyyarəsinin vurulması fonunda Moskvanın Bakıya qarşı təzyiq siyasəti, Cənubi Qafqazda regional kommunikasiyaların açılması məsələsindən kənarda qalması ilə əlaqədar idi. Ankara-Bakı-İrəvan xəttində Vaşinqtonun dəstəyi ilə qeyri-rəsmi əməkdaşlığın açıq müstəviyə keçməsi Moskvanın bu prosesi dəyişdirmək üçün hərəkətə keçməsinə səbəb oldu. Ermənistandan bir tərəf olsa da, əsas hədəfin Azərbaycanın seçilməsini təsadüfi hesab etmir.”- deyə Arzuman Muradlı bildirib.
Politoloq həmçinin qeyd edib ki, Rusiyanın regiondakı yeni reallıqları qarşısında Azərbaycanla münasibətləri normallaşdırmaq istəyinin əsas səbəbləri iki əsas məqamla bağlıdır: regiondakı dəyişən güc balansı və Cənubi Qafqazda Rusiyanın strateji mövqeyini qorumaq məqsədilə Azərbaycana olan münasibətləri düzəltmək.