image-rt-reklam
image-1backend

“Kreml artıq dostluq körpülərini məhv edib” -Politoloq

image-728x90

Rusiya, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı yanacaq mərkəzlərini məqsədli şəkildə hədəf alır, bu isə Kremli Ukrayna ilə Azərbaycan arasındakı enerji əlaqələrindən narahat edən bir faktor olaraq ortaya çıxır. SOCAR-ın Ukraynadakı fəaliyyətləri, xüsusilə enerji sahəsindəki mühüm əlaqələr, Rusiya üçün strateji əhəmiyyət daşıyır. Bununla yanaşı, Rusiya, Azərbaycanla Ukrayna arasındakı əməkdaşlığın genişlənməsinə qarşıdır və bu əməkdaşlığı əngəlləmək üçün müxtəlif vasitələrdən istifadə etməyə çalışır.

Politoloq Arzuman Muradlı hesab edir ki, rəsmi Moskva SOCAR-ın Ukraynada yerləşən yanacaq mərkəzlərini hədəf almasına münasibət bildirməliydi.

image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoa

“Lakin görünən odur ki, rəsmi Moskva susqunluq nümayiş etdirməklə öz çirkin niyyətlərini nümayiş etdirdilər. Biz Rusiya ilə dost ölkə olmaq niyyətindəyik. Amma rəsmi Moskva artıq dostluq körpülərini yandırıb.” -deyə Arzuman Muradlı bildirib.

Politoloq hesab edir ki, Rusiya, SOCAR-ın Ukraynada yerləşən yanacaq mərkəzlərini hədəf aldıqca, Kreml bir tərəfdən bu fəaliyyətlərin dayandırılmasını məqsəd qoysa da, digər tərəfdən bu addımın Azərbaycanla münasibətlərdə əks effekti olacağını nəzərə almalıdır.

“SOCAR-ın mülki obyektlərinin hədəf alınması yalnız Azərbaycanla Rusiya arasındakı münasibətləri gərginləşdirməkdə deyil, həm də Azərbaycanın Ukrayna ilə daha geniş və dərindən əməkdaşlıq perspektivlərini gücləndirə bilər. SOCAR-ın yanacaq mərkəzlərinə vurulan ilk raket zərbəsindən sonra Azərbaycan Prezidenti İlham Əliyev, Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefonla danışaraq, Ukraynaya 2 milyon dollar əlavə yardım ayırdığını açıqladı. Bu vəsaitlə Azərbaycandan Ukraynaya elektrik transformatorları göndərildi. Bu, Azərbaycanın Ukraynaya dəstəyini artırma qərarının və Rusiya tərəfindən SOCAR-ın hədəf alınmasına qarşı verdiyi dolaylı cavabın bir nümunəsidir. Rəsmi Bakı, SOCAR-ın Ukraynadakı obyektlərinin növbəti dəfə hədəf alınması halında Rusiya ilə mövcud olan silah və hərbi texnika yardımı embargo-sunun ləğv edilə biləcəyini bildirmişdi. Azərbaycan, SOCAR-ın yenidən hədəf alınması nəticəsində, Ukraynaya hərbi sahədə də dəstək verməyi müzakirə edə biləcəyini açıq şəkildə qeyd edib. Bu xəbərdarlıq, Rusiya tərəfindən təkrarən nəzərə alınmadı və SOCAR-ın obyektlərinə yeni zərbələr endirildi.” -deyə politoloq əlavə edib.

Politoloq hesab edir ki, Kremlin, Azərbaycanın xəbərdarlığını gözardı edərək SOCAR-ın Ukraynadakı obyektlərinə daha çox hücum etməsi, Azərbaycanla Rusiya arasında normallaşma perspektivlərini daha da azaltdı.

“Hər bir yeni raket zərbəsi, yalnız Ukrayna ilə Azərbaycan arasındakı əlaqələrin inkişafına şərait yaratmır, həm də Rusiya ilə Azərbaycanın siyasi və iqtisadi əlaqələrində ciddi gərginlik yaradır. Bu hadisələr göstərir ki, Kreml Azərbaycanla münasibətləri normallaşdırmaq əvəzinə, daha da gərginləşdirməkdə maraqlıdır. Hətta SOCAR-ın hədəf alınması, yalnız Ukrayna ilə Azərbaycan arasında olan əlaqələri daha da gücləndirir, həm də Azərbaycanı daha sərt siyasi və hərbi qərarlar qəbul etməyə sövq edir. Nəticədə, Azərbaycanın Ukraynanın hərbi ehtiyaclarına dəstək verməsi və hərbi sahədə əməkdaşlığın inkişafı, yalnız Rusiya ilə münasibətlərin pisləşməsinə səbəb olmaqla qalmır, həm də Azərbaycanın strateji mövqeyini daha da gücləndirir.”- deyə politoloq əlavə edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90