image-rt-reklam
image-1backend

Kostanyan: Tehrana təminat vermişik

image-728x90

Tehranı narahat edən əsas məsələlərdən biri İran və Ermənistan arasındakı tarixi sərhəddir.

Bunu Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan bildirib.

“Bu sərhədi mühüm hesab edirik və ötən illər ərzində İranın bu məsələdə göstərdiyi siyasi dəstəyə görə minnətdarıq. Həmin mövqe, İran üçün olduğu kimi, bizim üçün də eyni dərəcədə vacibdir və heç bir şəraitdə dəyişməyəcək. Sezar pizza

Biz İran tərəfinə lazımi təminat vermişik. Hazırda prezident Pezeşkianı İrəvanda qəbul etmək üçün geniş hazırlıq işləri görürük. İnanıram ki, bu tarixi və çoxdan gözlənilən səfər iki ölkənin siyasi uyğunluğunu daha da gücləndirəcək və iqtisadi əməkdaşlıq üçün yeni yollar açacaqdır”, – deyə Kostanyan vurğulayıb.

XİN rəhbərinin müavini qeyd edib , “Tramp yolu” narahatlığına gəlincə, bu, İrəvan-Tehran müzakirələrinin əsas mövzularından biridir:

“Ermənistan İranın narahatlığını nəzərə alıb və TRIPP layihəsi üzrə ilkin danışıqlar zamanı bu həssaslıqlar nəzərə alınıb. Layihənin bəzi təfərrüatları artıq dəqiqləşdirilib və razılaşdırılıb, mən bunu İran tərəfi ilə bölüşmüşəm və ictimaiyyətə açıqlamağa hazıram.

Səhmləri Ermənistan və ABŞ arasında bölünəcək şirkət qeydiyyatdan keçməlidir, lakin bu, ABŞ-nin regionda təhlükəsizlik qüvvələrinin mövcudluğu demək deyil. Bilirik ki, bu, İran tərəfinin əsas narahatlığı idi və mən hesab edirəm ki, bu narahatlıq aradan qaldırılıb.

Bizim üçün İran-Ermənistan sərhədində yük və sərnişinlərin fasiləsiz və maneəsiz daşınması strateji əhəmiyyət kəsb edir. 3 yeni layihə də daxil olmaqla, kommunikasiya marşrutlarının açılması ölkələrin suverenliyi və yurisdiksiyası əsasında həyata keçiriləcək ki, bu da başqa bir təminatdır.

Hesab edirik ki, kommunikasiyaların açılışı yeni geosiyasi məhdudiyyətlərə səbəb olmamalı, əksinə, geosiyasi güclər arasında etimadı artıran tədbir kimi çıxış etməlidir. Praktikada Ermənistanda qeydiyyatdan keçmiş şirkətdə ABŞ-nin səhmləri ABŞ-nin xeyrinə olacaq, amma İran Qara dənizə çıxışdan faydalanacaq, biz də Azərbaycan dəmir yolu ilə Rusiyaya yetişə bilərik. Ümid edirik ki, bu iqtisadi asılılıq və qarşılıqlı əlaqələr əməkdaşlıq üçün körpü olacaq, ona maneə deyil”.Yenisabah.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90