“İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyi “Korrupsiya ilə mübarizəyə ictimai dəstək” layihəsinin icrasını yekunlaşdırıb.
İctimai Birliyin sədri Ramil Əliyev bildirib ki, layihənin məqsədi korrupsiya və rüşvətxorluğa qarşı ictimaiyyəti maarifləndirmək və bu sahədə mübarizə yollarını aşılamaqdır.
Tədbirdə bu sahədə problemlərin aradan qaldırılması üçün dövlət qurumları və vətəndaş cəmiyyətinin birgə fəaliyyətinin vacibliyi diqqətə çatdırılıb.
Silsilə tədbirlər Quba, Xaçmaz, Sumqayıt şəhərlərində keçirilib.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.