image-rt-reklam
image-1backend

Konyada Şebiarus mərasimlərinə start verildi -FOTOLAR

image-728x90

Mövlana Cəlaləddin-i Ruminin vəfatının 751-ci ildönümü ilə əlaqədar 7-17 dekabr tarixləri arasında Konyada keçiriləcək mərasimlər çərçivəsində tanışlıq toplantısı keçirilib.

Proqram çərçivəsində Konyaya gələn Türkiyənin  mədəniyyət və turizm nazirinin müavini Nadir Alpaslan Daş  keçirilən yığıncaqdakı çıxışında elmin simvolu Mövlananın qovuşmasının ildönümündə bir araya gəldiklərini bildirib.

Bu il mərasimlərin “Məhəbbət vaxtı” mövzusu ilə təşkil edildiyini xatırladan nazir müavini qeyd edib ki, bu sevginin başlanığıcıdır.

Nazir müavini dekabrın 17-dək davam edəcək Şebiarus mərasimlərinə çoxsaylı qonaqların qatılacağını bildirib.

Konya Böyükşəhər Bələdiyyə Başçısı Uğur İbrahim Altay da proqramların 17 dekabra davam edəcəyini bildirib.

Tədbirə Konya valisi İbrahim Akın, Beynəlxalq Mövlanə Vəqfinin Başçısı Esin Çələbi Bayru, Gözəl Sənətlər Baş direktoru Ömər Faruk Belviranlı,  Mədəniyyət və Turizm Müdiri Mehmet Yeğen iştirak ediblər.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90