UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkatmasından əvvəl Azərbaycan təmsilçilərinin potensial rəqiblərinin sayı azalıb.
Ulusal.az xəbər verir ki, saat 16:00-da start götürəcək tədbirdən əvvəl cütlər və klublar qruplara bölünüb.
“Osiyek” (Xorvatiya) – “Zirə” cütü I qrupun səpələnməmişlər səbətində yer alacaq.
Mümkün rəqiblər:
“Kopenhagen” (Danimarka) – “Banik” (Çexiya) cütünün qalibi
“Omoniya” (Kipr) – “Fehervar” (Macarıstan) cütünün qalibi
Avropa Liqasında “Trabzonspor” (Türkiyə) – “Rapid” (Avstriya) qarşılaşmasının məğlubu
“Haydenhaym” (Almaniya)
“Lans” (Fransa)
“Sent-Patriks” (İrlandiya) – “Sabah” cütü III qrupda püşkatmaya qatılacaq.
Mümkün rəqiblər
“Çelsi” (İngiltərə)
“Saburtalo” (Gürcüstan) – “Başakşəhər” (Türkiyə) cütünün qalibi
“Mlada Boleslav” (Çexiya) – “Hapoel” (İsrail) cütünün qalibi
“İlves” (Finlandiya) – “Yurqorden” (İsveç) cütünün qalibi
Avropa Liqasında “Molde” (Norveç) – “Serkl Brügge” (Belçika) duelinin məğlubu.