image-2000x150
image-66-780x470backend

“Kommersant”: “Moskvada iki sənəd imzalanacaq”

image-728x90

Rusiyanın nüfuzlu “Kommersnat” qəzeti Moskvada bu gün keçirilən Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının görüşündə iki sənədin imzalana biləcəyini iddia edib. Rus nəşri həmin sənədlərdən birinin Azərbaycan və Ermənistan arasında nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası ilə bağlı olacaq.

Qəzet yazır: “Moskva ümid edir ki, bu görüşdə ən azı iki sənəd qəbul ediləcək. Həmin sənədlərin razılaşdırılması üçün mayın 24-dən indiyə qədər Azərbaycan və Ermənistan XİN rəsmiləri arasında danışıqlar gedir. Həmin razılaşmaya əsasən Bakı və İrəvan nəqliyyat-kommunikasiya əlaqələrinin bərpa edilməsinə dair protokol imzalanacaq. İkinci sənəd isə Azərbaycan, Rusiya və Ermənistanın birgə bəyanatından ibarətdir”.

Xatırladaq ki, Ermənistanda nəşr olunan “Hraparak” qəzeti İrəvan hökumətindəki mənbələrinə istinadən xəbər yayıb ki, Moskva görüşündə Azərbaycan və Ermənistan arasında ərazi bütövlüyünün qarşılıqlı tanınmasına dair protokol imzalanacaq.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90